Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.
Read More »Ramin Hacılıya hökm oxunub
Dələduzluqda təqsirləndirilən Ramin Hacılıya hökm oxunub və o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, ittiham aktına görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai …
Read More »DİN: “Ucar sakinlərinə qarşı qeyri-insani rəftarla bağlı iddialar həqiqəti əks etdirmir”
Daxili İşlər Nazirliyi (DİN) Ucar rayon sakini Elvin Abdullayevin polis şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidovun “Report”a verdiyi məlumata görə, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Elvin Abdullayevə və Rauf Mirzəliyevə qarşı qeyri-insani rəftarla bağlı iddialar həqiqəti əks etdirmir. O deyib ki, hər …
Read More »Azərbaycanda 9 ayda vergi cinayətinə görə 20 nəfər həbs edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 20 nəfər şəxs tutularaq müvafiq qaydada təhvil verilib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Bundan başqa, məlumata görə, ibtidai istintaqdan yayınan 977 nəfər şəxs dindirilməsi üçün məcburi gətirilib, 1204 nəfər şəxsin yeri müəyyən edilməklə istintaqa …
Read More »Azərbaycanda illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb
Azərbaycanda illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair ümumrespublika müşavirəsində bildirilib.Qeyd olunub ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə bu ilin fevralında yaradılan monitorinq qrupu ilk növbədə illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyətini araşdırıb. Bu müddət …
Read More »Azərbaycandan İrana keçməyə cəhd göstərən 2 qadın saxlanılıb
Oktyabr ayının 22-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları – 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılıblar. Bu barədə DSX-nin Mətbuat …
Read More »Azad edilmiş ərazilərdə daha 89 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 89 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 28 mina və 367 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.Nəticədə 381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Read More »Yük avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır
Yük avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. “Son vaxtlar Bakı şəhərində yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, yolların buraxılış imkanlarının artırılması, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılması və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə Azərbaycanın Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi …
Read More »Göygöl sakinlərində narkotik və silah aşkar edilib
Göygöl sakinlərində narkotik və silah aşkar edilib. Boyukmillet.com xəbər verir ki, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Vüqar Vəliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli …
Read More »Ölkə ərazisinə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkar edilib
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaret aşkar edilərək götürülüb. Boyukmillet.com DGK-ya istinadən xəbər verir ki, Bakı şəhərində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar