Şənbə , 23 Noyabr 2024

hadisə

Azərbaycanda üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlanıb

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, qurum tərəfindən Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında nəzarət tədbirləri aparılıb. Nəticədə inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına …

Read More »

Uşaqların satdığı salfetin içində narkotik olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanılıb

Sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ …

Read More »

Goranboy RİH-in qarşısında intihara cəhd zamanı 2 polis xəsarət alıb – RƏSMİ

Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 9-u saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis …

Read More »

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, …

Read More »

Kürdəmirdə Gəncə sakinləri külli miqdarda heroinlə saxlanılıblar

Kürdəmirdə Gəncə sakinləri külli miqdarda heroinlə iş başında yaxalanıblar. Boyukmillet.com ”Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyatı nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Yusubov Nicat Elgiz oğlu saxlanlıb. Nicat Yusubov saxlanılan zaman onun üzərində 1 kq 20 qram narkotik vasitə olan heroin və 365 qram narkotik vasitə olan qurudulmuş mariuxana aşkar …

Read More »

DSX: “Dövlət sərhədində 12 kq narkotik aşkarlanıb”

Fevral ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yar­dımlı rayonu­nun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahə­sin­də sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram …

Read More »

“Tərtər işi” ilə bağlı hərbçilərə işgəncə verən şəxslər həbs edilib – RƏSMİ

“Tərtər işi” ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslər həbs edilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), …

Read More »

“Tərtər işi” ilə bağlı daha 163 şəxs müəyyən edilərək zərərçəkmiş qismində tanınıb, ümumi say 281-ə çatıb

Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş …

Read More »

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yayıb

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan  daxil olan məlumatda deyilir: “Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları …

Read More »

Bakıda bir ailənin azyaşlılar da daxil olmaqla 8 üzvü dəm qazından zəhərlənib

Bakıda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Gülüstan qəsəbəsində 1961-ci il təvəllüdlü Müslümov Savalan Bəşir oğlu, 1969-cu il təvəllüdlü Müslümova Zülfiyyə Rəsul qızı, 1999-cu il təvəllüdlü Məmmədova Ülviyyə Savalan qızı, 1993-cü il təvəllüdlü Müslümzadə Aişən Savalan qızı, 2014-cü il təvəllüdlü Hüseynzadə Nigar Emin qızı, 2016-cı il təvəllüdlü Hüseynzadə Zəhra Emin …

Read More »