Bazar , 7 Dekabr 2025

hadisə

FHN: “Şəkidə yanğının söndürülməsi əməliyyatları davam edir”

Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb. “Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir”. Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Read More »

Bakı küçələrində narkotik satan 15 nəfər saxlanılıb

Paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 12, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Read More »

ANAMA sahə əməkdaşlarına təlim keçib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 12 nəfər sahə əməkdaşına Təlim və Metodoloji Təminat şöbəsinin mütəxəssiləri tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 “Partlayıcı Sursatların Məhvedilməsi” təlimi keçirilib. Boyukmillet.com xəbər verir ki, üç həftədən ibarət təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, partlayıcı maddələrlə tanışlıq, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə …

Read More »

Yasamalda gənc oğlanı avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 2002-ci il təvəllüdlü Hüseynzadə Cavad Rahim oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Read More »

Ağdamda 20 hektarlıq meşə ərazisi yanıb

Ağdam rayonu, Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumilikdə açıq …

Read More »

Daha 562 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina və 125 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 562 hektar ərazi mina və partlamamış hərbi …

Read More »

FHN şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini açıqlayıb

“Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır”. Bunu “Report”un Siyəzənə ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib. “Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda oraya 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib”. “Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin …

Read More »

FHN yanğınlarla bağlı məlumat yayıb

Respublikanın Şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın nəzarətə götürülüb və soyutma işləri aparılır. Burada təxminən 40 hektar ərazidə yanğın olub. Yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və çətin …

Read More »

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib, xüsusi müşavirə keçirib

“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran rayonuna gəlib, xüsusi müşavirə keçirib”. Bunu “Report”un Şimal bürosuna açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib. O bildirib ki, toplantıda şimal bölgəsinin rayonlarının icra başçıları, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib: “Tədbirdə adiyyəti qurumların əməkdaşları Kəmaləddin Heydərova ərazidə baş verən yanğınla bağlı məruzə ediblər. Nazir müşavirənin sonunda yanğının tam söndürülməsi istiqamətində tapşırıqlar verib”.

Read More »

Bakıda qəlibçi 9-cu mərtəbədən yıxılaraq ölüb

Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda …

Read More »