Çərşənbə axşamı , 9 Dekabr 2025

hadisə

Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb

Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub. Polis əməkdaşlarının …

Read More »

DSX-nin hərbçiləri sərhəddən narkotik keçirən zaman saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar. Bu barədə  DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, iyul ayının 21-də DSX-in Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilən …

Read More »

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb. Boyukmillet.com -un xəbərinə görə, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam …

Read More »

Bakı prokurorluğunun 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, 1 nəfər işdən çıxarılıb

2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb: “2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının …

Read More »

Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

İyul ayının 20-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzülmüş, ölkəmizin …

Read More »

Qazaxda kişi həyat yoldaşına baltayla xəsarət yetirib

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb. Kənd sakini- 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahiyyə əməliyyatı olan qadının vəziyyəti ağır olaraq qalır. Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Azərbaycan gömrükçüləri Maldiv vətəndaşından 4 kiloqrama yaxın heroin götürüb

Dövlət gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb. Məlumata görə, Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsi ilə gömrük baxışı keçirilərkən, Maldiv vətəndaşı Mohamed Naasıra məxsus çamadanın alt hissəsində şübhəli təsvirlər müşahidə olunub. Daha sonra kinoloji xidmət iti vasitəsilə çamadana baxış keçirilib və it …

Read More »

Rusiyadan Azərbaycana qanunsuz yolla pul gətirən qadın saxlanılıb

Rusiyanın Tümen şəhərinin “Roşino” hava limanının gömrükçüləri bəyan edilməmiş pulu ölkədən çıxarmağa cəhd edən qadını saxlayıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, qadın Tümen-Bakı reysi üzrə qeydiyyatdan keçib və “yaşıl dəhliz”də saxlanılıb. Onun Azərbaycana 1,26 milyon rubl məbləğində nağd pul aparmaq istədiyi məlum olub. Gömrük nəzarəti başa çatdıqdan sonra qadına 10 min ABŞ dolları ekvivalentində 585 min rubl qaytarılıb, …

Read More »

Bakıda özünü binadan atan ana və övladının son durumu açıqlanıb

Bakıda intihara cəhd edən ana və övladının son durumu açıqlanıb. TƏBİB-dən  bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qeyd olunub ki, hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib. Belə …

Read More »

Özünü prokuror kimi təqdim edən şəxsin ibtidai istintaqı yekunlaşıb

Özünü prokuror kimi təqdim etməkdə təqsiləndirilən Süphan Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil. Qeyd edək ki, əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı …

Read More »