Cümə axşamı , 19 Fevral 2026

hadisə

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, “Kığılı” geyim mağazasının “Elmlər” filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub

Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib. İttiham aktına əsasən, A.Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən …

Read More »

ANAMA vətəndaşlara müraciət edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara müraciət edib. Agentlikdən  daxil olan müraciətdə deyilir: “ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır”. Qeyd edək ki, avqustun 2-də Füzuli rayonu ərazisində mina partlaması nəticəsində yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu, 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və …

Read More »

İndiyədək Qarabağ və Zəngəzurda 124 hərbçi minaya düşüb, 7-si həlak olub

2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan hərbçilərin sayı açıqlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, hazırkı dövrədək 124 hərbçi minaya düşüb. Nəticədə 7 hərbi qulluqçu həlak olub, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 32 mülki şəxs həlak olub, …

Read More »

Füzulidə minatəmizləmə şirkətinin 3 əməkdaşı minaya düşüb, birinin ayağı amputasiya olunub

Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına …

Read More »

Bakıda Türkiyə vətəndaşı təhdid edilib

Bakıda Türkiyə vətəndaşına qarşı hədə-qorxu gəlinib. Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayon ərazisində qeydə alınıb. Belə ki, hazırda Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Özgür Karataş sosial şəbəkələrdə etdiyi paylaşımlara, yazdığı postlara görə həmyerlisi, eləcə də onun azərbaycanlı dostu tərəfindən təhdid olunaraq təzyiqlərə məruz qalıb. Daha sonra o, bununla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edib. …

Read More »

Ağcabədi sakinindən 7 kq narkotik götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb. İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Onun ətrafında davam etdirilən araşdırmalarla …

Read More »

Gəncədə Aprel döyüşlərinin iştirakçısı ərinin davranışlarına görə intihara cəhd edib

Gəncədə Aprel döyüşlərinin iştirakçısı ərinin davranışlarına görə intihara cəhd edib. Boyukmillet.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Firuzə Zeynalova həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı, II qrup əlil, 1987-ci il təvəllüdlü Aslan Zeynalovun kobud rəftarına görə bu addımı atıb. O, həyat yoldaşının onu əsassız, qanunsuz işlərə təhrik etməklə dələduzluq etməyə məcbur etdiyini və bundan bezdiyi üçün …

Read More »

Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib

Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib. Bu barəd Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. İstintaqın …

Read More »

DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”

“Bəzi saytlarda ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların tıxacda qalması ilə bağlı əsası olmayan xəbərlər dərc olunub. İlk növbədə qeyd edim ki, Göygöl rayonunda keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüb”. Boyukmillet.com xəbər verir ki, …

Read More »