Çərşənbə , 10 Dekabr 2025

hadisə

Bakıda beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün məhkəməsi başlayır

Bakıda beş nəfərin ölümünə səbəb olan Mahmud Əzizovun məhkəməsi başlayır. Boyukmillet.com  xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Əkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hadisə ötən ilin oktyabrında aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 19 yaşlı M.Əzizov idarə etdiyi 99-DH-343 …

Read More »

Vilayət Eyvazov Türkiyənin nümayəndə heyətini qəbul edib

Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 7-ci işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyyet Genel Müdirinin müavini, general-mayor Resul Holoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. DİN-dən  verilən məlumata görə, Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 6-da nümayəndə heyətini qəbul edib. nazir Türkiyə ilə Azərbaycan arasında …

Read More »

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb

İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb. Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, həmin ərazidə yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət …

Read More »

Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yasin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com  xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin aprelində Mingəçevir şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Y.Məhərrəmov şəxsi …

Read More »

Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb

Bakıda 3 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Namazlı Mələk Allahverdi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1992-ci il təvəllüdlü Bəkdəmirov Zahid Əşrəf oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını …

Read More »

Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSx-nin Mətbuat Mərkəzindən  bildirilib ki, iyul ayının 1-də saat 17:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar …

Read More »

Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 6 nəfər yaralanıb

Ötən gün avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nəticədə 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Read More »

Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb

Türkiyənin Kırıkkale bölgəsində sərnişin avtobusu aşıb. Boyukmillet.com “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb. Bildirilib ki, həlak olanlardan biri uşaqdır. Hadisə yerinə yanğınsöndürənlər və səhiyyə əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Read More »