Cümə axşamı , 19 Fevral 2026

hadisə

Bakıda gənc oğlanı motosiklet vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Motosiklet yolu keçən 1993-cü il təvəllüdlü İbrahimli Elvin Elçin oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Abşeronda yol qəzasında 5 nəfər xəsarət alıb

Abşeron rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Məmmədova Məryəm Rüstəm qızı, 1994-cü il təvəllüdlü Kələntərov Nəriman Rüstəm oğlu, 1971-ci il təvəllüdlü Kələntərova Ləman Rizvan qızı, 1997-ci il təvəllüdlü Mirinova Alina Konstantin qızı və 2003-cü il təvəllüdlü Səlimov Ruslan …

Read More »

Bakıda 35 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü Hacıyev Elşən Allahyar oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Xaçmazda avtomobil FHN əməkdaşını vurub

Xaçmaz rayonunda yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Xaçmaz – Xudat avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21014” markalı çörək daşıyan avtomobil yanğın olan ərazidə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı 1989-cu il təvəllüdlü Ağabalayev Fəxarət Həsənbəy oğlunu vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı …

Read More »

Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib    

Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib. Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, …

Read More »

Ruslan Əliyev: “Bakının mərkəzində baş vermiş partlayışın qaz sızması ilə əlaqəsi yoxdur”

“Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində baş vermiş partlayış və yanğının qaz sızması ilə əlaqəsi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev. Onun sözlərinə görə, xüsusi qəza xidməti tərəfindən hadisə yeri tam araşdırılıb və qaz sızması aşkarlanmayıb: “Səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır”.

Read More »

Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib

Şəmkirdə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü İ. Əliyevi avtomobil vurub. Nıticədə piyada ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicəsi davam edən zərərçəkmişin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Tovuzda kütləvi davada bir neçə nəfər bıçaqlanıb, ölən var – FOTO

Tovuz rayonunda kütləvi dava qanla bitib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Mübahisə zəminində düşən kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Anar Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nizami Vəliyev bıçaqlanıblar. Onlardan N.Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Şəmkirdə sirkə turşusundan zəhərlənən 62 yaşlı qadın ölüb

Şəmkir rayonunda qadın sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, şəhər ərazisində 1960-cı il təvəllüdlü Z.Zamanova məlum olmayan səbəblərdən içdiyi sirkə turşusundan zəhərlənib. O, ağır halda xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Qusarda ikimərtəbəli ev yanıb

Qusar rayonunun Mucuq kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Boyukmillet.com xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »