Bazar ertəsi , 1 İyul 2024

hadisə

Tovuzda dağlıq ərazidə yanğın başlayıb

Tovuz rayonunun Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 2 ha sahədə kol-kos yanır. Yanğının başvermə səbəbləri araşdırılır.

Read More »

Şahid: “Qanunsuz əldə edilən pulların 90 faizi Səlim Əlizadəyə çatırdı”

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik …

Read More »

Şəkidə güclü yanğın: külək yanğınların bir neçə istiqamətdə genişlənməsinə səbəb olub

Şəkidə kol-kosdan başlayan yanğın əvvəlcə yol kənarındakı ağaclara, oradan da fərdi təsərrüfatlara keçib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Aşağı Küngüt kəndi ərazisində yanğın başlayıb. Sakinlər bildiriblər ki, yanğın kol-koslardan başlayıb: “Daha sonra yanğınlar bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçib”. Yanğının söndürülməsi üçün əvvəlcə kənd sakinləri səfərbər olub. Havanın küləkli olması yanğınların bir …

Read More »

Türkiyədə daşqın olub, ölən və itkin düşən var

Türkiyənin şimalında yerləşən Bartın əyalətinin Ulus rayonunda sel suları bəzi ərazilərdə körpüləri aşırıb, yolları dağıdıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə itkin düşüb. Məlumata görə, xilasedicilər Yenixan kəndində evlərdə çıxılmaz vəziyyətidə qalan 20 nəfəri xilas ediblər. Rayon ərazisində bir neçə yerdə torpaq sürüşməsi də baş verib. Bu səbəbdən Bartın-Karabük avtomobil yolu Yenixan kəndində gediş-gəliş …

Read More »

Abşeronda məşhur şirkətdə montyoru cərəyan vuraraq öldürüb

Avqustun 10-u saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 1962-ci il təvəllüdlü Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron rayon prokurorluğundan  verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən “AZENCO” ASC-nin ərazisində …

Read More »

Sabiq nazir müavini son söz demək üçün məhkəmədən vaxt istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs barəsində təqdim olunan ittihamlarla razı deyillər. Hüquq müdafiəçisi sabiq nazir müavinin əməkhaqqı hesabına qoyulan həbs götürülməsini istəyib. Rafiq Bayramov son söz …

Read More »

Eldəniz Səlimovun apellyasiya şikayəti öz istəyi ilə geri götürülüb

Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimovun apellyasiya şikayəti geri götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a onun vəkili İlqar Əliyev məlumat verib. Onun sözlərinə görə, apellyasiya şikayətini avqustun 10-da E.Səlimovun öz xahişi ilə geri götürüb. Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına …

Read More »

DSX əməkdaşları 21 kq-dan artıq narkotik vasitə aşkarlayıb

Avqustun 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış bir ədəd şübhəli bağlama aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verililib. Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 …

Read More »

Etibar Mirzəyev: “Türkiyədə 240 nöqtədə yanğın olub”

“Türkiyədə iyulun 28-dən bəri 240 yanğın ocağı əmələ gəlib ki, onlardan 235-i tamamilə söndürülüb. Qalan 5 yanğının 3-ü istisna olmaqla, digər 2-i nəzarət altına alınıb”. Boyukmillet.com xəbər verir ki, bunu mətbuata açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-polkovnik Etibar Mirzəyev deyib. Nazir müavininin sözlərinə görə, təkcə Köyceyiz rayonunun Çayhisar, Pınar, Qarayer və Kavakca kəndlərindəki şiddətli yanğınlar Azərbaycanın yanğınsöndürmə briqadaları tərəfindən söndürülərək …

Read More »

Azərbaycan Türkiyədəki yanğın bölgələrinə 1000 ton su paylayıb

Azərbaycan texnikaları və canlı qüvvəsi Türkiyədəki yanğın bölgələrinə 1000 ton su boşaldıb. Boyukmillet.com xəbər verir ki, bunu mətbuata açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-polkovnik Etibar Mirzəyev deyib. O qeyd edib ki, hazırda Türkiyədə baş verən yanğın ərazilərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir amfibiya təyyarəsi fəaliyyət göstərir: “İndiyədək helikopter vasitəsilə 134 uçuş əməliyyatı həyata keçirilib, yanğın bölgələrinə 332 …

Read More »