Avqustun 10-u saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 1962-ci il təvəllüdlü Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən “AZENCO” ASC-nin ərazisində …
Read More »Sabiq nazir müavini son söz demək üçün məhkəmədən vaxt istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs barəsində təqdim olunan ittihamlarla razı deyillər. Hüquq müdafiəçisi sabiq nazir müavinin əməkhaqqı hesabına qoyulan həbs götürülməsini istəyib. Rafiq Bayramov son söz …
Read More »Eldəniz Səlimovun apellyasiya şikayəti öz istəyi ilə geri götürülüb
Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimovun apellyasiya şikayəti geri götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a onun vəkili İlqar Əliyev məlumat verib. Onun sözlərinə görə, apellyasiya şikayətini avqustun 10-da E.Səlimovun öz xahişi ilə geri götürüb. Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına …
Read More »DSX əməkdaşları 21 kq-dan artıq narkotik vasitə aşkarlayıb
Avqustun 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış bir ədəd şübhəli bağlama aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verililib. Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 …
Read More »Etibar Mirzəyev: “Türkiyədə 240 nöqtədə yanğın olub”
“Türkiyədə iyulun 28-dən bəri 240 yanğın ocağı əmələ gəlib ki, onlardan 235-i tamamilə söndürülüb. Qalan 5 yanğının 3-ü istisna olmaqla, digər 2-i nəzarət altına alınıb”. Boyukmillet.com xəbər verir ki, bunu mətbuata açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-polkovnik Etibar Mirzəyev deyib. Nazir müavininin sözlərinə görə, təkcə Köyceyiz rayonunun Çayhisar, Pınar, Qarayer və Kavakca kəndlərindəki şiddətli yanğınlar Azərbaycanın yanğınsöndürmə briqadaları tərəfindən söndürülərək …
Read More »Azərbaycan Türkiyədəki yanğın bölgələrinə 1000 ton su paylayıb
Azərbaycan texnikaları və canlı qüvvəsi Türkiyədəki yanğın bölgələrinə 1000 ton su boşaldıb. Boyukmillet.com xəbər verir ki, bunu mətbuata açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-polkovnik Etibar Mirzəyev deyib. O qeyd edib ki, hazırda Türkiyədə baş verən yanğın ərazilərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir amfibiya təyyarəsi fəaliyyət göstərir: “İndiyədək helikopter vasitəsilə 134 uçuş əməliyyatı həyata keçirilib, yanğın bölgələrinə 332 …
Read More »Azərbaycan gömrükçüləri siqaretlər və dərman preparatları müsadirə ediblər
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda ölkəmizə gələn 10 ədəd “Mercedes Benz” markalı yük avtomobili saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub. Boyukmillet.com-un komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı sürücülər nəqliyyat vasitəsində, üzərində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildiriblər. Yoxlama zamanı isə nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində …
Read More »Prokurorluq: “ANAMA əməkdaşı Ağdamda minaya düşüb”
Avqustun 6-sı saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Boyukmillet.com” xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası …
Read More »Bərdədə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəymədağıldı kənd sakini Bəhlul Hüseynov saxlanılıb. Onun yaşadığı fərdi …
Read More »Bakıda 13 yaşlı qız özünü 4-cü mərtəbədən atıb
Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb. Boyukmillet.com-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü A.V özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. Yaralı ağır vəziyyətdə təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub. Yeniyetmənin vəziyyəti ağır …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
