Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub. Bu barədə “Report”a Daxili İşlər Nazilriyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 4 ton olan 8500 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Read More »Şəkidə külək yaşayış evini dağıdıb
Şəkidə güclü külək fərdi yaşayış evində dağıntılara səbəb olub. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Birinci Biləcik kəndində baş verib. Leysan yağışla müşahidə olunan güclü külək nəticəsində kənd sakini Asiman Telman oğlu Bədiyevə məxsus fərdi yaşayış evində dağıntılar qeydə alınıb. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa həyətyanı sahənin daşdan hörülən hasar da bir neçə …
Read More »Yol qəzalarında 4 nəfər ölüb
Həftəsonu Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a bildirilib ki, iyunun 5-6-da avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Read More »Tovuzda ağır yol qəzası olub, xəsarət alanlar var
Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Həzi Aslanov küçəsində hərəkətdə olan “Range Rover” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı avtomobillə toqquşub, sonra yoldan çıxaraq, yaşayış evinin hasarına çırpılıb və zərbənin gücündən aşıb. Qəza zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü, Tovuz rayon Əlibəyli kənd sakini, 1989-ci il təvəllüdlü İsmayılov Orxan …
Read More »Zaqatalada intihar hadisəsi baş verib
Zaqatala rayonunda 67 yaşlı kişi intihar edib. Boyukmillet.com xəbər verir ki, hadisə axşam saatlarında Lahıc kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü Nuruməhəmməd İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Read More »Azərbaycanın iki media işçisi minaya düşərək həlak olub, üç nəfər yaralanıb – VİDEO
Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. “Report” xəbər verir ki, bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb. Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir. “Azərbaycan Televiziya və Radio …
Read More »Gürcüstanda gürcü qadının müdafiəsinə qalxan soydaşımız döyülüb
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda insident baş verib. “Report”un yerli bürosu xəbər verir ki, alkoqollu içkinin təsiri altında olan şəxs yanacaq doldurma məntəqəsinin (YDM) ərazisində yerləşən supermarketin kassirini təhqir edib. Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, 1984-cü il təvəllüdlü həmin şəxs operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Əvvəllər bir neçə dəfə məhkum edilmiş gənc zorakılıq və xuliqanlıqda ittiham olunur. İstintaqla …
Read More »Baş Prokurorluq və DTX birgə məlumat yayıb
Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib.Bununla bağlı bildiririk ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq …
Read More »Azərbaycanda hava limanında vəzifəli şəxslər arasında dava olub
Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub. Boyukmillet.com xəbər verir ki, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər. Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib. A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir. İnsidentə polis müdaxilə edib. Hazırda fakt …
Read More »Şəki sakinindən narkotik vasitə götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş P.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evin yaxınlığında dağlıq ərazidə gizlətdiyi 445 qram narkotik vasitə-qurudulmuş marixuana …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar