Cümə axşamı , 19 Fevral 2026

hadisə

96 nəfərə saxta tibbi arayış verildi, cinayət işi açıldı

COVİD-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb. Prokurorluqda aparılan araşdırma zamanı …

Read More »

Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Bəhramtəpə magistral yolunun rayonun Qıraqlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması zamanı Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Mehdiyev Cabir Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Məktəblinin özünü 7-ci mərtəbədən ataraq intihar etməsi ilə bağlı cinayət işi açılıb

Gəncə şəhər Yeni Gəncə yaşayış massivində yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxıldığı deyilən gənc qızın intihar etdiyi məlum olub. Boyukmillet.com xəbər verir ki, aparılan araşdırmalar nəticəsində dünən axşam saatlarında yaşadığı binanın 7-ci mərtəbəsindən yıxıldığı bildirilən 2004-cü il təvəllüdlü Şəms Eşqin qızı Hüseynovanın intihar etdiyi məlum olub. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə …

Read More »

Keçmiş məhkum saxlanıldı

  Lənkəranda yarımtikilidə narkotik vasitələr aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin şəxsin yaşadığı evin …

Read More »

Ofisdən 4 min manatlıq oğurluq edildi

Bakıda ofisdə oğurluq hadisəsi olub. Boyukmillet.com xəbər veri ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki ofislərin birindən 3500 manat pul və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Ş.Hacıyev saxlanılıb.

Read More »

“Jurnalistlərin binası”ndan azyaşlı yıxılaraq ölüb

İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun Səbail rayonu, Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib. Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb. Məlumata …

Read More »

Cəlilabadda su anbarında batan üç nəfərin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb. Nazirlikdən “Report”a verilən xəbərə görə, axtarışda olan Yaqubov Həmzə Nizami oğlunun və Yaqubov Hüseyn Rizvan oğlunun meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.22:10 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə …

Read More »

İdarə rəisi: “258 min manat pulu şəxsən Rafiq Bayramova vermişəm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com  xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova ifadə verib. O, təqsirləndirilən R.Bayramova yalnız 500 manat pul verdiyini deyib: “2019-cu ildə Novruz bayramını təbrik etmişəm”. Daha sonra Ağcabədi Regional …

Read More »

Şəmkirdə torpaq çöküb, 2 nəfər xəsarət alıb

Şəmkir rayonunda baş verən hadisənin təfərrüatı məlum olub. “Report” un Qərb Mərkəzinin məlumatına görə, həyatyanı sahədə artezian quyusu qazılan zaman torpaq çökməsi baş verib. Nəticədə iki nəfər – 32 yaşlı Rövşən Məmmədov və 36 yaşlı Tural Qələndərli torpağın altında qalıb. Sonra onların hər ikisi yaralı vəziyyətdə torpağın altından çıxarılıb. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların həyatı təhlükələri yoxdur. Faktla …

Read More »

Bakıda xəstəxanada qadının ölümü ilə bağlı cinayət işi başlanılıb

Mayın 11-də Arzu Süleymanovanın “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda iş üzrə …

Read More »