Cümə , 5 Dekabr 2025

hadisə

Bakıda marketdən seyf oğurlayan şəxs kameraya düşdü

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9000 manat olan seyfi oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Dilqəm Kamalzadə tutulub. Araşdırma zamanı məlum olub ki, bu şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib. Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq …

Read More »

Bakıda doğum günü məclisindən qayıdanlar qəzaya düşdü: Maşın körpüdən aşdı

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb.  Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb.  Qeyd edək ki, yaralılar Z.Əlizadənin doğum …

Read More »

Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər saxlanıldı

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Dəmiryolları QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, mart ayının 10-da daxil olan məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri …

Read More »

Şəhərin mərkəzində qadının başına dəmir ADNSU-dan düşübmüş

Martın 7-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 1 ünvanında 1 nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə  Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm …

Read More »

Nazirlikdən sürüşmə ilə bağlı açıqlama

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yenidən sürüşmə hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov sürüşmə sahəsinə baxış keçirildiyini bildirib. “Baxış zamanı məlum olub ki, yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də son zamanlar atmofser yağıntılarının təsirindən yerinin dəyişməsi qeydə alınıb. …

Read More »

Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib – FOTO

Bakının Səbail rayonunda Bir az əvvəl baş verən sürümə nəticəsində bir neçə gün əvvəl təmizlənən Badamdar şose yenidən bağlanıb. APA-nın sürüşmə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb.

Read More »

Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Bakıda avtomobil 10 yaşlı qızı vurub, sürücü qaçıb

Bakıda avtomobil 10 yaşlı qızı vurub. Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Çiçək qəsəbəsi hissəsindən keçən ərazisində qeydə alınıb. Məlumata görə, avtomobil yolu keçən 10 yaşlı Fatimə Ağarzazadəni vuraraq ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hazırda 10 yaşlı qızı vurub qaçan sürücü axtarılır.

Read More »

İraqda ABŞ hərbçilərinin olduğu hərbi baza raket atəşinə tutulub

İraqın Ənbar vilayətində ABŞ hərbçilərinin yerləşdiyi Əyn əl-Əsəd bazası raket atəşinə tutulub.  Boyukmillet.com xəbər verir ki, hərbi bazaya azı 10 raket atılıb. Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib ki, bazanın atəşə tutulması nəticəsində ABŞ hərbçiləri və mülki mütəxəssislər xəsarət almayıblar. “Yalnız müqavilə ilə işləyən yerli sakin vəfat edib. O, ürək tutmasından ölüb”. Onun sözlərinə görə, faktla bağlı araşdırma …

Read More »

Ağdamda minaya düşən rəisin ayağı topuqdan aşağı amputasiya edilib

Martın 3-ü saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə  Ağdam Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın …

Read More »