Aprel ayının 16-da saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb, İİR sərhədçiləri hadisə …
Read More »Xızının Giləzi qəsəbəsi yaxınlığında “Qrad” mərmisi aşkarlandı
Xızı rayonunda sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. FHN-in “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub. Məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu əraziyə cəlb olunub. Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunmuş sursata baxış …
Read More »Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib. Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu “BMW” markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis …
Read More »Abşeronda başından güllə yarası alan yeniyetmə xəstəxanada ölüb
Aprelin 8-nə keçən gecə Abşeron rayonunda başından güllələnən 2005-ci il təvəllüdlü Nicat Nəbiyev bu gün xəstəxanada keçinib. Boyukmillet.com xəbər verir ki, Məhəmmədi kəndində qeydə alınmış hadisə zamanı N.Nəbiyev ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət almışdı. Qeyd edək ki, N.Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət …
Read More »Gömrükdən keçən sürücüdən ağlagəlməz dələduzluq: Görün nəyə əl atıb (VİDEO)
Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 213 kiloqramdan artıq narkotik vasitə – heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar. Boyukmillet.com xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya kartof yükü aparan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı “07BJ293/07ZA294” …
Read More »Bakıda gəmi yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub. FHN-dən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Read More »Sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxs saxlanıldı
Lənkəranda yaşayan S.Ə adlı bir qadın Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Masallı rayon …
Read More »“Bəy hamamı”nda 8 nəfər cərimələndi
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt …
Read More »İmişlidə qadının oğurlanan çantasından narkotik çıxdı
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildiirlib. Qeyd edilib ki, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2 500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər …
Read More »Bakıda qadın özünü 12-ci mərtəbədən atıb
Bakıda 64 yaşlı qadın intihar edib. Boyukmillet.com-un xəbərinə görə, Nizami rayonunda Roza Musayeva özünü yaşadığı binanin 12-ci mərtəbəsindən yerə atıb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar