Cümə , 5 Dekabr 2025

hadisə

Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb

“Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin “Boden denizcilik” şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilmib”. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 09.06.1976-cı il …

Read More »

15 prokurorluq işçisinə töhmət verilib, 8-i vəzifədən azad edilib

Prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9 777-i tam təmin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında bildirilib.Kollegiya iclasında Prezident İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə həyata keçirilən mütərəqqi tədbirləri qeyd edən Baş prokuror Kamran Əliyev 2002-ci ildən başlayaraq keçirilən 21 …

Read More »

Xəstəxana direktorunun tutulmasının əməliyyat görüntüləri yayıldı – VİDEO

Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Nəzərov Cəlil Oruc oğlunun həbs edilməsinin görüntüləri yayılıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir: Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, uzun müddət Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən C.Nəzərov həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında …

Read More »

Azərbaycana qarşı hərbi cinayətlər törədən 297 şəxsin sənədləri İnterpola göndərilib

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra etmiş, keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanıb. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hesabat dövründə respublikanın paytaxtı və digər rayon, …

Read More »

Şabranda ev yanıb, iki uşaq xəstəxanaya yerləşdirilib

Şabran rayonunda fərdi yaşayış evi yanıb. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində Zaur Niyazova məxsus evdə qeydə alınıb. Yanğın nəticəsində ev sahibinin övladları – 2014-cü il təvəllüdlü Araz Zaur oğlu Niyazov və 2015-ci il təvəllüdlü Təranə Zaur qızı Niyazova yuxarı tənəffüs yollarının ağır yanığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşaqların vəziyyətini ağır olaraq …

Read More »

Bakıda 37 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Hüseynov Nazim Əzizxan oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı onun sol bud nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Azərbaycanlı dənizçinin öldürüldüyü gəmi Qabonun limanında lövbər salıb

Ötən gün Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalmış “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmi bu gün Qabonun “Gentil” limanında lövbər salıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu özünün tvitterdəki səhifəsində bildirib. “Gəmimiz saat 11:00-da Qabonun “Gentil” limanında lövbər salıb”, – deyə nazir qeyd edib. Adil Karaismayıloğlu hadisə zamanı həlak …

Read More »

ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü

ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib. Boyukmillet.com “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi bildirib. Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb. Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması …

Read More »

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb. Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün …

Read More »

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib. Boyukmillet.com “NTV”-yə istinadən xəbər verir ki, gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb. Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: “Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb”.

Read More »