İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Boyukmillet.com -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 5-də saat 20:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 950 qram …
Read More »Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb, uçuş aparatı zərərsizləşdirilib
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, martın 4-də DSX-in Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Read More »Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. Boyukmillet.com xəbər verir ki, o, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib. D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi …
Read More »İrandan Azərbaycana 32 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Boyukmillet.com -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci …
Read More »Vətəndaşlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində qətimkan tədbiri seçilib
Vətəndaşlardan rüşvət alan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vəzifəli şəxsləri barəsində qətimkan tədbirləri seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və SHXÇDX birgə məlumat yayıb. Qeyd olunub ki, Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə …
Read More »Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: İstənilən adamın telefonuna giriş edə bilərdik
Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada və digər kibercinayətlərdə təqsirləndirilən “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Boyukmillet.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. İttiham aktına əsasən , “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi …
Read More »Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 4-də davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq …
Read More »Ötən gün 42 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
Ötən gün 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 3-də ümumi çəkisi 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Read More »Bakıda şəhidin ata-anası evdə dəm qazından zəhərlənərək ölüblər
Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni – atası Məcnun Ağayev və anası Gülnaz Ağayeva Bakıda yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Boyukmillet.com – un xəbərinə görə, bu barədə Vətən müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb. O, bildirib ki, hadisə dünən axşam Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Qeyd edək ki, V.Ağayev 1996-cı ilin sentyabrın …
Read More »Perinatal Mərkəzin keçmiş direktoru 7 uşağın ölümü ilə nəticələnən yanğına görə özünü təqsirli bilməyib
O, baş verənlərdə TƏBİB-i günahlandırıb Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvarında Respublika Perinatal Mərkəziində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə işi davam edir. Məhkəmə qarşısında Mərkəzin keçmiş direktoru Mehriban Abbasquliyeva və şöbə müdirləri dayanıb. Onların hər biri ev dustaqlığındadır. Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır. Martın 3-də keçirilən məhkəmə iclasında Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
