Təqsirləndirilən şəxslərdən biri keçmiş AŞPA üzvünü Azərbaycandan rüşvət almaqda ittiham edir Yanvar ayında Münhen Ali Regional Məhkəməsində başlayan məhkəmə prosesi Almaniyanın məhkəmə tarixində bir ilkdir. Bundestaqın keçmiş deputatı ilk dəfə öz mandatının icrası zamanı rüşvətxorluq şübhəsinə görə cavab verməli olur. Azərbaycandan rüşvət almaqla bağlı məhkəmə prosesində təqsirləndirilən şəxslərdən biri – Ellada M. ilk dəfə ifadə verib. Bu, ittiham olunan keçmiş deputat …
Read More »Güclü yağışlar nəticəsində ölənlərin sayı 4-ə çatıb
Şabrançayın kənarında daha bir nəfərin meyitinin tapıldığı bildirilir Şabrançayın kənarında Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyitinin tapıldığı deyilir. Məlumata görə, onun cəsədini dalğıclar Şabran rayonu Dağbilici kəndi yaxınlığında aşkarlayıblar. Füzuli Paşayevin seldə boğulduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin (FHN) aprelin 17-də yaydığı məlumatda deyilirdi ki, Şabrançay çayında Şirvan …
Read More »Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI – TƏFƏRRÜAT
Hesablama Palatası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs və tabeliyindəki təşkilatlarda yoxlama (kənar dövlət maliyyə nəzarəti) aparıb. Boyukmillet.com xəbər verir ki, Audit prosesi 29.02.2024-cü il tarixindən 13.04.2024-cü il tarixinədək aparılıb və 01.01.2022-ci il tarixindən 31.12.2023-cü il tarixinədək olan dövrü əhatə edib. Audit zamanı milyonlarla manarlıq pozuntu aşkarlanıb. Qeyd edək ki, auditin aparıldığı dövrdə quruma Şahin Seyidzadə rəhbərlik edib. …
Read More »DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərinə müdaxilənin qarşısını almaq üçün milli proqram yaratmaq idi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev vəkilinin suallarını cavablandıran zaman qeyd edib ki, “Ultra Technologies” şirkətinin gizli məlumatlarına giriş edib: “Daxil olan zaman gördüm ki, Azərbaycan şirkətidir. Şirkətin bazasına girməkdə …
Read More »Əvəz Zeynallının azad olunması ilə bağlı məhkəməyə müraciət edilib
Vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq Boyukmillet.com xəbər verir ki, “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə müraciət edilib. Vəsatət Nizami rayon Məhkəməsində icraata götürülüb. Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq. Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan həbsdədir. O, külli miqdarda rüşvət alma, dələduzluq, …
Read More »Şabrançayda iki nəfər batıb
Hər iki şəxs işə gedən zaman selə düşüb Aprelin 16-sı Şabrançay çayının Şabran rayonu Xəlfələr kəndindən keçən hissəsində iki nəfərin batdığı bildirilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub: “Müraciətlə əlaqədar FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil …
Read More »Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. Boyukmillet.com xəbər verir ki, o, dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib. Arkadi Qukasyan azərbaycanlılara qarşı cinayət törətmiş dəstələrin rəhbərlərindən – Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış …
Read More »Tofiq Yaqublu vəkil otağına elektromobildə gətirilib
Ümumi halsızlıq, taqətsizlik, başgicəllənmə əlamətləri davam edir Vəkili Fəxrəddin Mehdiyev bu gün, aprelin 16-da Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublu ilə görüşüb. Fəxrəddin Mehdiyev bildirib ki, Tofiq Yaqublu vəkil otağına elektromobildə gətirilib: “Bugünkü yoxlamada müayinənin nəticəsi belədir. Çəkisi 84 kiloqram 900 qram, saturasiya 94, təzyiq 120/80, ürək döyüntüsü 98, temperatur 36.1-dir. Bildirməsinə görə, onda ümumi halsızlıq, …
Read More »Sel Ağsuda can aldı
Güclü yağış nəticəsində ekskavatora sığınan 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb Ağsunun Kalva kəndində güclü yağışın yaratdığı sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışdan qorunmaq məqsədilə ekskavatorun içərisinə sığınıblar. Lakin bir qədər sonra gələn selin təsirindən ekskavator aşıb. Hadisə nəticəsində ekskavatorun içindəkilərdən biri – 1982-ci il təvəllüdlü Ayətullayev …
Read More »FHN: Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb
Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar