Cümə axşamı , 19 Fevral 2026

hadisə

Dövlət qurumlarına məxsus pulları mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən Rüfət Nurəddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onun barəsində 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.  İttihama görə, Rüfət Kərimov 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları …

Read More »

İrandan PUA ilə keçirilən narkotiki götürmək istəyənlər saxlanılıb

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran istiqamətində geri qayıtması müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.  Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində …

Read More »

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə DSX-dən bildirilib. Belə ki, aprel ayının 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin …

Read More »

“Tərtər işi”ndə adı keçən Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub

Təqdimat Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib Keçmiş hərbi prokuror Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə səsverməyə çıxarılaraq qəbul edilib. Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib. Baş prokurorun müavini, Hərbi prokuror Xanlar Vəliyev səlahiyyət müddəti başa çatdığı üçün aprelin 8-də təqaüdə göndərilmişdi. O, 1995-ci ildən hərbi …

Read More »

Xankəndidən olan zərərçəkmiş: Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb. Boyukmillet.com xəbər verir ki, 1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N. Atakişiyeva ermənilərin Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib. N.Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert Köçəryanın həmin …

Read More »

Sabirabadda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Sabirabadda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma …

Read More »

Naxçıvanda əsgərin qətlinə görə ittiham olunan komandirə cəza istənilib

Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən polkovnik Samir Həziyevin 5 il, hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin A.Quliyevin məhkəmə zalında həbs olunmasını …

Read More »

Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib

Bakı Hərbi Məhkəməsində aprelin 10-da davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib. Boyukmillet.com xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib. Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş …

Read More »

QHT işi ilə bağlı iki nəfərin həbs olunduğu bildirilir

Daha bir neçə şəxsin isə ifadəyə çağırıldığı deyilir Qeyri-hökumət təşkilatlarına qarşı davam edən cinayət işi ilə əlaqədar daha iki nəfərin məsuliyyətə cəlb olunduğu bildirilir. Məlumata görə, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində həbs-qətimkan tədbiri seçilib. Yaxınlarının bildirdiyinə görə, aprelin 9-da Binəqədi rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barədə 3 aylıq həbs qərarı …

Read More »

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib, anasına cinayət işi açılıb

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib. Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət …

Read More »