Cümə axşamı , 19 Fevral 2026

hadisə

Kənd Təsərrüfatı Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsinə bir əmələ görə bəraət verilib

Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunan Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara rayon bölməsinin rəhbəri olmuş Rzayev Rahim Fəxrəddin oğluna ittiham olunduğu bir maddə üzrə bəraət verilib.  Boyukmillet.com -un əldə etdiyi məlumata görə, bu barədə qərar Lənkəran Ağır Cinayətlər Məhkəməsində verilib.  Qərara əsasən, ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) …

Read More »

İrandan Ermənistana 12 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Ermənistan Dövlət Gəlirlər Komitəsinin əməkdaşları İrandan ölkəyə daxil olan yük maşınında böyük miqdarda narkotik aşkar ediblər. Boyukmillet.com erməni KİV-lərinə istinadən xəbər verir ki bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “Meqri” sərhəd məntəqəsində yoxlama zamanı yük maşınının kuzasında, su qabları arasında gömrük işçiləri alüminium folqaya bükülmüş şübhəli qablar aşkar ediblər. İçərisində ümumi çəkisi 11 kq 962 qram olan, ehtimal ki, …

Read More »

DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib

Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözünü demək üçün prosesin qapalı davam etdirilməsini və məhkəmə zalında olan şəxslərin çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxsin vəsatəti təmin edilib. Daha sonra məhkəmədə hökm …

Read More »

Tofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir

Onun öz həkimi Adil Qeybulla tərəfindən müayinə olunması üçün Penitensiar Xidmətə müraciət edilib Təcridxanada 7 gündür aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir. Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. “Tofiq Yaqublu yeriyəndə səndələyir, rəngi avazıyıb. Səhhətində ağırlaşma davam edəcək. O, 6 kilo çəki itirib”, – vəkili deyib. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkilin açıqlamasına …

Read More »

ASAN Xidmətin əməkdaşı paylaşdığı videoya görə işdən çıxarıldığını deyir

Hüquqşünas bildirir ki, işəgötürən işçilərin Əmək Məcəlləsində nəzərdə tutulan bir çox hüquqlarını pozub ASAN Xidmətin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin işçisi Banu İsmayılova “Whatsapp”da paylaşdığı tənqidi videoya görə işdən çıxarıldığını iddia edir. Bu barədə öz “Facebook” hesabında məlumat verən İsmayılova, həmçinin qurumun səlahiyyətli nümayəndələrinin işçiləri əmək müqaviləsində nəzərdə tutulandan fərqli şərtlərlə işlətdiklərini bildirir. Onun sözlərinə görə, tələb və təkliflərlə çıxış edən işçilər hədəfə …

Read More »

MN-də bir milyon manatdan çox mənimsəmə faktı ilə bağlı məhkəmədə: Pulu Almaniyadan qardaşının göndərdiyini demişdi

Müdafiə Nazirliyinin (MN) tabeliyindəki hərbi hissədə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.  Belə ki, şahid qismində ifadə verənlərdən biri də təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı olub.  O deyib ki, Vahid Novruzlu ondan bank rekzivitlərini …

Read More »

Baş idarə əməliyyat keçirib, 20 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, daxil olan məlumat əsasında paytaxt ərazisində keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərlə görə məhkum olunmuş 27 yaşlı Ruslan Nəsirov tutulub. Ondan 20 kiloqram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik …

Read More »

DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmada və digər kibercinayətlərdə təqsirləndirilən “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Boyukmillet.com-un məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.  Belə ki, ifadə verənlərdən biri də “İdrak” şirkətinin …

Read More »

Azərbaycan gömrükçüləri xeyli miqdarda dərman preparatları aşkar edib

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3920 ədəd “Trittico” adlı dərman preparatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Read More »