Cümə , 22 Noyabr 2024

hadisə

Xocavənddə 23 əl qumbarası və müxtəlif sursatlar aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı sursatlar aşkar edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Read More »

Xankəndidə 17 avtomat, 10 tüfəng və 11 qumbara aşkarlanıb

Yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bundan başqa, şəhərdə 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Qeyd edək ki, …

Read More »

Ötən gün Azərbaycanda 43 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 43,6 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 28 kiloqram 267 qram heroin, 10 kiloqram 256 qram marixuana, 5 kiloqram 143 qram metamfetamin, həmçinin 12 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam …

Read More »

Ötən gün vətəndaşlardan 3 avtomat, 4 qumbara, 19 tüfəng götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 3 avtomat, 4 qumbara, 19 tüfəng götürüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanvarın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 4 ədəd qumbara, 3 alışdırıcı, 19 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 715 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Read More »

Kamran Əliyev: “Perinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerindəyik. Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb. Hadisə gecə baş verib. Aidiyyəti …

Read More »

Oğuzda avtomobil “Aztelekom”un əməkdaşını vurub

Oğuz rayonunda avtomobil “Aztelekom”un əməkdaşını vurub. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Padar kəndində baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil Padar kənd sakini, Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra avtomobil yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alan şəxs “Aztelekom”un Oğuz şöbəsinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.

Read More »

Baş prokuror: “Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir”

Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib. “İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, – deyə baş prokuror qeyd edib.

Read More »

Xankəndi və Xocalıda 67 avtomat, 38 qumbara, pulemyot və snayper silahları tapılıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi və Xocalıda onlarla silah və sursat tapılıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xankəndi şəhəri ərazisində keçirilən əməliyyat zamanı 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, …

Read More »

Perinatal Mərkəzindəki yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib, cinayət işi başlanıb

Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında qeyd edilib. Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri …

Read More »