Cümə axşamı , 19 Fevral 2026

hadisə

AZAL-ın təyyarə qəzasından sağ çıxan bələdçilərinə Çeçenistanın ali mükafatı veriləcək

Zülfüqar Əsədov və Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər, onlara “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı veriləcək. Boyukmillet.com Tass-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov Telegram kanalında məlumat verib. “Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə …

Read More »

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, ötən proses prokurorlar ittiham aktının elanını başa çatdırıb. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ …

Read More »

Dövlət informasiya ehtiyatlarına kütləvi hücumların olduğu bildirilir

Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarına da giriş mümkün deyil Azərbaycanda artıq bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDoS (xidmətdən imtina hücumu-red.) hücumları edildiyi bildirilir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, kiberhücumların qarşısının alınması istiqamətində işlər aparılır. Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarına da giriş mümkün deyil. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatında qeyd olunur ki, hücumla …

Read More »

Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib

Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı rayon ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb. Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu …

Read More »

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı tərəfindən Ruben Vardanyanın cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb. Xatırladaq ki, Ruben …

Read More »

15 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Həmin şəxslərin qəbul etdikləri etil spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edildiyi bildirilir Bakıda son 2 gündə 15 nəfərin etil spirtindən zəhərlənərək öldüyü bildirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Baş Prokurorluğun məlumatına görə, faktla …

Read More »

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, iki nəfərə cərrahi müalicə tətbiq olunub.

Read More »

İrandan Bakıya gətirilən 10 kq narkotik vasitənin qarşısı alınıb

Lerikdə 10 kiloqram narkotik aşkarlanıb. Bu barədə Boyukmillet.com -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Qeyd olunub ki, çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Qeyd edilən əməli törədən şəxslər – Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri …

Read More »

İrandan Azərbaycana gətirilən külli miqdarda psixotrop maddə və narkotik aşkarlanıb

İrandan Azərbaycana gətirilən külli miqdarda psixotrop maddə və narkotik vasitəsi aşkar edilib. Bu barədə Boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, İran İslam Respublikasından yük nəqliyyat vasitəsində daşıyıcı şirkət vasitəsilə idxal olunan yüklərə Komitənin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda rentgen qurğusunda baxış keçirilib və bir ədəd qara rəngli sellofan torbada olan rezin boruların içərisində şübhəli cizgilər müşahidə …

Read More »

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək. Boyukmillet.com Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib. “ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma …

Read More »