Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən ittiham aktının elanı keçirilib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq …
Read More »Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Ümumilikdə isə idarə əməkdaşları …
Read More »Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb
Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat tədbirlərini davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, İraqın şimalında Qara bölgəsində keçirilən əməliyyat nəticəsində 5 PKK terrorçusu öldürülüb. Məlumatda antiterror əməliyyatlarının davam etdirildiyi vurğulanıb.
Read More »Ağcabədidə 4 qumbara, 2 “Kalaşnikov” avtomatı tapılıb
Ağcabədidə 4 qumbara, 2 “Kalaşnikov” avtomatı tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon ərzaisindən 4 qumbara, 2 “Kalaşnikov” avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Read More »Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.
Read More »DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib
Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib. İş materiallarından məlum …
Read More »Ötən il 17 vəkilin kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət olunub, 12-sinin fəaliyyəti müvəqqəti dayandırılıb
Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1116 şikayət daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub. Bildirilib ki, bu şikayətlərdən 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb: “İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, …
Read More »Ötən ay hərbi sahədə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri azalıb
Ötən ay hərbi sahədə qeydə alınan vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 77,8%, azalıb. “Report”un məlumatına görə, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev mətbuata açıqlamasında deyib. O bildirib ki, həmin müddətdə Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faizi açılıb: “Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd …
Read More »Harutyunyan Bakıdakı məhkəmədə Paşinyanın yalanını ifşa edib
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb. Boyukmillet.com xəbər verir ki, bunu o, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib. “Nəzərə alsaq …
Read More »Lənkəranın bir sıra kəndlərini su basıb, 22 nəfər təxliyə olunub – RƏSMİ
Lənkəran şəhəri, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər intensiv yağışlarla əlaqədar subasmaya məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda su basmış yerləri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar