Cümə axşamı , 19 Fevral 2026

hadisə

DİN süni intellektlə bağlı xəbərdarlıq edir

Daxili İşlər Nazirliyi süni intellektlə bağlı əhaliyə xəbərdarlıq edib. Bu barədə nazirlikdən məlumat verilib. Xəbərdarlıqda bildirilib ki, süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur: “Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə …

Read More »

İranda Azərbaycan əleyhinə çıxışlar edən imamcümə işdən çıxarılıb

İranın Qəzvin şəhərinin imamcüməsi Əbdül Kərim Abedini vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Etemadonline” yayıb. Qeyd edək ki, Əbdül Kərim Abedini anti-Azərbaycan çıxışları ilə tanınırdı. Xatırladaq ki, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Marian Yanvarın 25-də Xarici İşlər Nazirliyinə çağırılıb.Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə …

Read More »

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin növbəti məhkəməsi keçiriləcək

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam edəcək. Boyukmillet.com xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və …

Read More »

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür

Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür. Boyukmillet.com xatırladır ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. …

Read More »

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər. Boyukmillet.com  xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib. “ICAO standartlarına (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) əsasən aviasiya orqanları – təxminən 17-18 nəfər – Rusiya, Azərbaycan və Qazaxıstandan olan ekspertlər bir ay ərzində aviasiya hadisəsinin araşdırılmasını həyata keçirir. Komissiya işləyir. Uçuş parametrləri, …

Read More »

İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı əməliyyat-qoşun tədbirləri keçirilib. Nəticədə yanvar ayının 20-də saat 20:01-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram …

Read More »

İmişlidə etiraz edən 14 nəfərə cinayət işi açılıb, həbs ediliblər

 7-8 nəfərə isə xırda xuliqanlıq və polisə tabesizlik ittihamı ilə inzibati həbs verilib İmişlidə Dövlət Yol Polisi (DYP) avtomobilinin törətdiyi, 3 uşağın ölümü, daha birinin yaralanması ilə nəticələnən qəzadan sonra yerli sakinlərin etirazları ilə əlaqədar 20 nəfərdən çox adam həbs olunub. Bu barədə Meydan TV-yə İmişli Rayon Polis Şöbəsindəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hadisənin baş verdiyi ilk gün …

Read More »

Astara sakini: Maskalılar kəndə girib, gəncləri döyüblər, sonra da həbs ediblər

Astaranın Ərçivan kənd sakini, vaqonda yaşayan Aslan Qasımov quyu qazıb ailəsini dolandırırmış.  Anası Rəvayət Qasımovanın sözlərinə görə, 2023-cü ilin 21 iyununda oğlu quyu qazarkən 15 nəfər polis onu əl-ayağı palçıqlı tutub aparıb.  Aslan Qasımov barəsində cinayət işi açılıb.  Astara Rayon Polis İdarəsinin əməkdaşları iddia edirdilər ki, onun şalvarının sağ cibində heroin tapılıb.  Aslan Qasımov məhkəmədə ittihamı rədd edib.   Anasının …

Read More »

Sarayda tapança, avtomat, qumbara və partladıcı aşkarlanıb

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində silah-sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış zamanı aşkarlanmış silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 9 mm-lik Makarov tipli tapança, 1 ədəd AKMS avtomatı, 1 ədəd güllə sandığı, 1 ədəd …

Read More »

İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran ərazisindən Azərbaycana keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri …

Read More »