Bazar , 6 Oktyabr 2024

hadisə

Pakistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədini pozarkən saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. DSX-dən bildirilib ki, noyabrın 21-də saat 18:15-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşı – 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycan …

Read More »

Şəkidə 4-ü avtomat olmaqla 31 odlu silah müəyyən olunaraq götürülüb

əki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 25 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri və aparılan profilaktiki tədbirlər nəticəsində vətəndaşlardan qanunsuz olaraq saxladıqları ümumilikdə 31 odlu silah aşkar olunaraq götürülüb. Boyukmillet.com xəbər verir ki, həmin 31 odlu silahdan 4-ü “Kalaşnikov” markalı avtomat, 1-i “Makarov” markalı tapança, 2-si “TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadan saxlanılan müxtəlif markalı …

Read More »

Ağdaşda avtomobil velosipedçini vuraraq öldürüb

Ağdaş rayonunda avtomobil velosipedçini vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, hadisə Qəbələ-Ağdaş magistral yolunun, Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Ağdaş sakini Nicat Abdullayevin idarə etdiyi “VAZ-21065” minik markalı avtomobili ilə yolu keçən velosipedçi, 1977-ci il təvəllüdlü Ağdaş sakini Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlər səbəbindən noyabrın 21-də ölüb. Faktla bağlı …

Read More »

Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb

Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb. Boyukmillet.com xəbər verir ki, Ələddin Səmədov nəvəsi, 2009-cu il təvəllüdlü Orxan Səmədovun noyabrın 18-də yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Read More »

Ülvi Həsənli nədə ittiham olunur? – Vəkili açıqladı

Ötən gün səhər saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib. Boyukmillet.com xəbər verir ki, vəkili Zibeydə Sadıqova Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlandığını bildirib. Hazırda ilkin istintaq hərəkətləri aparılır. Qeyd edək ki, Ü.Həsənli ötən gün səhər xaricə yola düşərkən saxlanılıb. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkar edildiyi …

Read More »

Vətəndaşlardan avtomat, qumbara və sursat götürülüb

Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşlarına qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilib. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 2 ədəd qumbara, 4 ədəd trotil şaşka, 184 ədəd döyüş sursatı, 7 ədəd alışdırıcısı, 16 fişəng, 7 patron darağı, 76 ədəd müxtəlif çaplı patron və …

Read More »

İrandan Azərbaycana 19 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 18 kiloqram 710 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, noyabr ayının 17-də saat 23:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Gövüzbulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı …

Read More »

Hacıqabul sakinlərində qanunsuz silah aşkarlanıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayonunun Nəvahı qəsəbə sakini, əvvəllər müxtəlif cinayət əməllərinə …

Read More »

Tufandağda köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib

Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici …

Read More »