Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici …
Read More »Şirvanda vətəndaşlar qanunsuz saxladıqları ov tüfənglərini polisə təhvil veriblər
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsində son iki gün ərzində 11 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Read More »ETSN-in iki vəzifəli şəxsi korrupsiyaya görə həbs edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji sahədə korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxsləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş …
Read More »MN: “Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır”
Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. “Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək …
Read More »Gəncədə qadın evdən 40 minlik qızıl oğurladı
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın saxlanılıb.Maddi sübutlarla birlikdə …
Read More »Qubada qanunsuz kömür quyusu aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Bad kənd sakini Rauf Hüseynov …
Read More »“Berlin Pub”da adam öldürməkdə təqsirləndirilən şəxsin şikayətinə Ali Məhkəmədə baxılacaq
“Berlin Pub”da adam öldürməkdə təqsirləndirilən Orxan Şahbazov barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə başlayır. Boyukmillet.com xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. Ali Məhkəmədə keçiriləcək proses noyabrın 22-nə təyin edilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Şahbazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin …
Read More »Bu il Azərbaycanda 7 tona yaxın narkotik aşkarlanıb
Bu ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ümumilikdə 9 292 cinayət faktı aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb. Həmin faktlardan 3 059-u narkotik vasitələrin qanunsuz satışı, 5 910-u narkotik vasitələrin qanunsuz əldə edilib …
Read More »Azərbaycan sərhədini qanunsuz keçən İran vətəndaşına hökm oxunub
Beyləqan Rayon Məhkəməsində İran-Azərbaycan dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən İran vətəndaşı Həmidi Bəhmənə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, hökm Beyləqan Rayon Məhkəməsində hakim Seyfəli Seyfullayevin sədrliyi ilə keçirilən iclasda elan olunub. O, 9 ay müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, H.Bəhmən cari il sentyabrın 10-da “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində …
Read More »12 il əvvəl öldürülən prorektor: sifarişçi rektor imiş – 3 qurum birgə məlumat yaydı (TƏFƏRRÜAT)
“Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin …
Read More »