Bazar , 6 Oktyabr 2024

hadisə

Şərurda restoran yanıb

Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində restoran yanıb. Boyukmillet.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərməyən restoranda yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Read More »

Şəmkirdə avtoqəza olub, xəsarət alanlar var

Şəmkir rayonu Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, “VAZ-2106” markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü – 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. …

Read More »

Narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən rayon …

Read More »

Masallı və Gəncədə qanunsuz tikililər sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Masallı və Gəncədə qanunsuz tikililərin qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Masallı şəhəri və Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı …

Read More »

Gürcüstanda öldürülən 14 yaşlı Aytacın anası və dayısı həbs edildi – FOTO

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində əri tərəfindən qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib. Onlar barəsində zorla ərə vermə və cinayət barədə məlumat verməmə faktları üzrə Rustavi Şəhər Məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Sözügedən qərarı hakim Madonna Maisuradze qəbul edib. İttiham tərəfi olan prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib və …

Read More »

Konstitusiya Məhkəməsi vətəndaşın apellyasiya şikayəti hüququnun pozulduğunu təsdiqləyib

Konstitusiya Məhkəməsi vətəndaş E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair qərar qəbul edib Boyukmillet.com xəbər verir ki, sənəddə birinci instansiya məhkəməsinin çıxardığı qərardan narazı qalan vətəndaşın apellyasiya şikayətinin təmin olunmadığı bildirilib. Konstitusiya Məhkəməsi vətəndaşın apellyasiya hüququnun təmin olunmamasının Əsas Qanuna uyğun olmadığını hesab edib. Milli Məclisə isə birinci instansiya məhkəməsinin çıxardığı hökm və ya qərar ilə hüquq və qanuni …

Read More »

Suraxanıda gənc yol qəzasında ağır xəsarət alıb

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, qəza zamanı 1997-ci il təvəllüdlü Sabakarov Ramiz Səmail oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Sabirabadda son günlərdə narkotiklərlə bağlı 30 nəfər saxlanılıb

Sabirabadda son günlərdə narkotiklərlə bağlı 30 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. Şöbə əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə …

Read More »

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Sumqayıtda intihara cəhdin qarşısı alınıb. Boyukmillet.com verir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Şıxəliyev Elnur Novruz oğlu ailə münaqişəsi zəminində, 45-ci məhəllədə yerləşən 14 mərtəbəli binanın damından özünü yerə atmağa cəhd edib. Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. İntihara cəhdin qarşısı alınıb.

Read More »

Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəməsinin vaxtı açıqlanıb

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri – Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq. Boyukmillet.com xəbər verir ki, məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib. Xatırladaq ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi …

Read More »