Cümə axşamı , 19 Fevral 2026

hadisə

Əlillik təqaüdləri düzəltmək adı ilə 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən Mikayıl Mirzəyev saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları M.Mirzəyevi saxlayıb. Məlum olub ki, o, bu məqsədlə dörd nəfər şəxsin etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. “M.Mirzəyev …

Read More »

Bakıda qadın sürücü qəza törədib, ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Almaz Əliyeva idarə etdiyi “Toyota RAV 4” markalı avtomobillə 1963-cü il təvəllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Read More »

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterində həlak olanların hamısının meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev “VKontakte” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb”, – paylaşımda qeyd edilib.

Read More »

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan altı azyaşlı xilas edilib

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan altı azyaşlı xilas edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. Xilasetmə tədbirləri …

Read More »

İmişli sakini: “Qardaşımın özünü öldürdüyünə inanmıram”

Nemət Quluzadə: “Üzərində xəsarətlər vardı – boynunda sınıq, gözünün altında, belində…” İmişli rayonunun Buludlu kənd sakini Elməddin Quluzadənin meyiti avqustun 5-də asılmış vəziyyətdə tapılıb. Amma ailə üzvləri onun özünü öldürdüyünə inanmır. Hesab edirlər ki, 21 yaşlı Elməddini onunla ədavəti olan adamlar öldürüb, cinayətin izini itirmək məqsədilə meyiti ağacdan asaraq, intihar görüntüsü yaradıblar. Nemət Quluzadə danışır ki, qardaşı Bakıda bir neçə …

Read More »

Dövlət sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb. Boyukmillet.com.xəbər verir ki, avqust ayının 27-də saat 18:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Əfqanıstan vətəndaşları Səmədi Səfi Abdurrəhman oğlu, Səttari Sifər Xan oğlu və Vəkili Muhb Seyfulla oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq …

Read More »

Yaşmada dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb

Keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb. Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup …

Read More »

Paytaxtda əməliyyat keçirilib, üç nəfərdə 24 kiloqram narkotik vasitə aşkarlanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin paytaxtda keçirdiyi əməliyyatlarla saxlanılan 3 nəfərdən 24 kiloqram narkotik vasitə aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, İdarənin əməkdaşları paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib. Tədbirlərlə 1988-ci il təvəllüdlü Aqşin Əmirov, 1986-cı il təvəllüdlü Aida Nəbiyeva və 1979-cu il təvəllüdlü Ramil Axundov saxlanılıblar. Qeyd edilib ki, onlardan ümumilikdə 24 …

Read More »

Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb

Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb. Bu barədə “Report”a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Read More »