Ukraynanın Xerson vilayətində rus tankı ilə qətlə yetirilən həmyerlilərimiz Əzizov Orxan Mahir oğlu və Qədirov Ramiz Abuzər oğlunun nəşləri vətənə gətirilib. Boyukmillet.com xəbər verir ki, onların meyitləri bu gün səhər saat 05:00 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndinə gətirilib. Kənd məscidində cənazə namazı qılındıqdan sonra onların nəşləri Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, qətl edilənlərin hər ikisi ailəli idi …
Read More »Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb
Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir. Yanğınsöndürmə əməliyyatlarına FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Read More »Hacıqabulda kütləvi zəhərlənmə baş verib
Hacıqabulda kütləvi zəhərlənmə baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb. Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə …
Read More »Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb
Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Hazırda yanğın davam edir.
Read More »Qubada avtoxuliqanlıq edən şəxs həbs olunub
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Sitat.info xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan …
Read More »Ötən gün yol qəzalarında 3 nəfər ölüb
Ötən gün Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, avqustun 8-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Read More »Sabirabadda narkotikə görə 13 nəfər saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 13 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə tutulub. Onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin …
Read More »Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb
Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən Orxan Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında Xırdalan şəhərindəki Heydər Əliyev prospektində baş verib. Belə ki, O.Hüseynzadə anası Mehriban Hüseynovanın üstünə bıçaqla …
Read More »Şamaxıda qətl törətməkdə təqsirləndirilənlərin məhkəməsi başlayır
Şamaxıda qətl törətməkdə təqsirləndirilənlər Mahir Hacıyev və Tural Hacıyevin cinayət işi üzrə məhkəməsi başlayır. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib. Qeyd edək ki, bu ilin aprelində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi …
Read More »Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib. Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib.
Read More »