Bazar ertəsi , 8 İyul 2024

hadisə

ANAMA minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb. Agentlikdən  bildirilib ki, minalar əsasən, keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb. Qeyd edilib ki, bununla yanaşı keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır. Həmçinin minaların əsasən, bağ və meşəlik ərazilərdə, …

Read More »

Gömrük Komitəsinin vəzifəli şəxsi mənimsəmədə ittiham edilir

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Bakı şöbəsinin sabiq rəis müavini Fəxrəddin Quliyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, ibtidai istintaq zamanı Fəxrəddin Quliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlardan götürülərək saxlanılmasına nəzarət üçün ona etibar …

Read More »

İrandan Azərbaycana döyüş sursatı keçirilməsinin qarşısı alınıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Boyukmillet.com xəbər verir ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.Ədliyyə …

Read More »

Biləsuvarda leysan və külək bir sıra fəsadlar törədib

Biləsuvar rayonunda leysan yağışı və güclü külək bir sıra fəsadlar törədib. Boyukmillet.com xəbər verir ki, gecə saatlarında leysan yağışı və güclü külək, təxminən, bir saat ərzində davam edib. Nəticədə şəhərin bir çox küçələrində, eləcə də kəndlərdə yol kənarlarındakı ağaclar aşıb. Həmçinin küçələr subasmaya məruz qalıb, bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Fəsadların aradan qaldırılması məqsədi ilə aidiyyəti təşkilatlar tərəfindən …

Read More »

Zəngilanda 30 min ağacdan ibarət meşə massivi salınıb

Zəngilanda 30 min ağacdan ibarət meşə massivinin bərpası, eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərazidə ağacəkmə aksiyasının keçirilməsi münasibəti ilə Zəngilan rayonuna səfər təşkil olunub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutan səfərdə meşənin salınmasını dəstəkləyən Fondun 20-dən artıq donor və …

Read More »

İrandan Azərbaycana 112 kq narkotik gətirən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı İrandan 112 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İrandan birbaşa olaraq milli genefondumuzun məhv edilməsi məqsədi ilə göndərilən külli miqdarda narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı növbəti dəfə DİN tərəfindən qətiyyətlə alınıb. Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə …

Read More »

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Rzazadə Qasım Əlimusa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobili ilə 1999-cu il təvəllüdlü Qasımov Nuhid İltifas oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil ilə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü Q.Rzazadə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin o, mayın …

Read More »

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb – FOTO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça …

Read More »

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki , hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Mirzəzadə Aydın Azər oğlu etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü Məmmədzadə Eldar İsmayıl oğlunu vurub. Daha sonra piyada Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Lakin o, göstəril bütün …

Read More »

Ağsuda 10 yaşlı uşağı avtomobil vurub

Ağsu şəhərində on yaşlı uşağı avtomobil vurub. Boyukmillet.com xəbər verir ki, 2013-cü il təvəllüdlü Z. Fərzəlizadə yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »