Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kq olan narkotik xassəli çətənə kolları aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Read More »Bakıda gənc başından güllələnərək qətlə yetirilib, şübhəli şəxs saxlanılıb
Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. DİN-in Mətbuat Xudmətindən “Report”a bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əlavə məlumat veriləcək.
Read More »Qazaxda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır
Qazax rayonunda piyadanı avtomobil vurub. Boyukmillet.com xəbər verir ki, hadisə Xanlıqlar kəndində qeydə alınıb. Müxtəlif xəsarətlər alan piyada Rəşad Əmrahov xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var
Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var. Boyukmillet.com xəbər verir ki, hadisə Qiyaməddinli kəndində qeydə alınıb. Belə ki, “VAZ” markalı minik avtomobili ilə “Belarus” markalı traktor toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil …
Read More »Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib
Şuşanın Daşaltı kəndində bir tondan artıq çətənə bitkisi məhv edilib. Boyukmillet.com xəbər verir ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
Read More »Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb – SİYAHI
Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı həlak olan polislərin adları məlum olub. Boyukmillet.com xəbər verir ki, qətlə yetirilənlərdən biri polis kapitanı Eldəniz Məmmədov, digərləri isə polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Qeyd edək ki, keçmiş məhkum, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Belə ki, o, polis əməkdaşlarına …
Read More »Abşeronda keçirilən əməliyyatlar zamanı 64 odlu silah və əl qumbaraları aşkarlanıb
Abşeron rayonunda vətəndaşlar 64 odlu silah, 33 əl qumbarasını polisə könüllü təhvil veriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i Kalaşnikov avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi …
Read More »Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
Read More »Sumqayıtda üç nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Ötən il oktyabrın 28-də Sumqayıt şəhəri ərazisində 6 nəfərə odlu silahdan xəsarət yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, istintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu …
Read More »Cəbrayılda sursat partlayışı olub, ANAMA-nın əməkdaşı ölüb, yaralılar var
İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Qeyd edilib ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar