Sumqayıt Məhkəmə Kompleksində İyunun 4-də “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov isə 6 il 8 ay müddətə …
Read More »Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) may ayı ərzində işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumatı açıqlayıb. Boyukmillet.com xəbər verir ki, ötən ay işğaldan azad olunan ərazilərdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 48392618 m² (4839.3 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Read More »Bakıda 26 min manatdan çox pulu dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb
Paytaxtın Yasamal rayonunda 26 min manatdan çox pulu dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb. Boyukmillet.com xəbər verir ki, yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »“28 May” metrostansiyasında sərnişin qatarın yoluna düşüb
“28 May” metrostansiyasında sərnişin stansiya yoluna düşüb. Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.
Read More »Şəkidə evdə partlayış olub, xəsarət alanlar var
Şəki rayonunda yaşayış evində partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Baş Göynük kəndində qeydə alınıb. Belə ki, partlayış zamanı iki nəfər – 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı yanıq xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Read More »Masallıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Nazirliyin “112” qaynar telefon xəttinə rayonun Qəriblər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə …
Read More »“Nicat Lənkəranski”yə sui-qəsddə günahlandırılanlara 38 il həbs cəzası kəsilib
Təqsirləndirilən şəxslər cəzanın ağır olduğunu deyiblər Kriminal aləmdə “Nicat Lənkəranski” kimi tanınan Nicat Əkbərova qarşı sui-qəsddə ittiham olunan üç nəfər – Ramal Məmmədov, Vüqar Quliyev və Şahmar İsmayılovla bağlı bir ilə yaxındır davam edən məhkəmə yekunlaşıb. Mayın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmdən əvvəl isə təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Məhkəmə prosesində hakim Vüqar Quliyev jurnalistlərə münasibətdə …
Read More »Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Read More »Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Rzayev Ağarza Çingiz oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »“Bravo”ya silahlı hücumda öldürülən şəxsin bacısı: “Almaniyaya köçməyə hazırlaşırdı”
Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb Bakının Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum zamanı qətlə yetirilən inkassator Rüfət Həşimov həmin hadisədə öldürülməsəydi, Almaniyaya köçüb, orada yaşayacaqdı. Onun bacısı Gülnarə Yarova ifadəsində bu barədə məlumat verib. Gülnarə Yarova eyni zamanda, qardaşının hüquqi varisi qismində tanınıb və istintaqda zərərçəkmiş kimi ifadə verib. Onun ifadəsi məhkəmədə elan olunub. “Bravo”ya silahlı hücumda ittiham olunan şəxslərin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar