Cümə , 9 May 2025

hadisə

Gəncədə ata və oğlu itkin düşüb

Gəncədə ata və oğlu itkin düşüb. Boyukmillet.com xəbər verir ki, 1971-ci il təvəllüdlü Nəriman Əliyev və oğlu 2008-ci il təvəllüdlü Rəvan Əlizadə noyabrın 22-də günorta saatlarında yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gedib itkin düşdükləri bildirilib. Faktla bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Read More »

Yardımlıda dərədən silah-sursat aşkarlanıb

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd “AKS-74U” markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb. Bundan …

Read More »

Bu jurnalistlər də polisə çağırıldı

Jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, jurnalistlər iki gün əvvəl həbs olunan “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı ifadə vermək üçün polis idarəsinə çağırılıb.

Read More »

Pakistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədini pozarkən saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. DSX-dən bildirilib ki, noyabrın 21-də saat 18:15-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşı – 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycan …

Read More »

Şəkidə 4-ü avtomat olmaqla 31 odlu silah müəyyən olunaraq götürülüb

əki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 25 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri və aparılan profilaktiki tədbirlər nəticəsində vətəndaşlardan qanunsuz olaraq saxladıqları ümumilikdə 31 odlu silah aşkar olunaraq götürülüb. Boyukmillet.com xəbər verir ki, həmin 31 odlu silahdan 4-ü “Kalaşnikov” markalı avtomat, 1-i “Makarov” markalı tapança, 2-si “TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadan saxlanılan müxtəlif markalı …

Read More »

Ağdaşda avtomobil velosipedçini vuraraq öldürüb

Ağdaş rayonunda avtomobil velosipedçini vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, hadisə Qəbələ-Ağdaş magistral yolunun, Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Ağdaş sakini Nicat Abdullayevin idarə etdiyi “VAZ-21065” minik markalı avtomobili ilə yolu keçən velosipedçi, 1977-ci il təvəllüdlü Ağdaş sakini Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlər səbəbindən noyabrın 21-də ölüb. Faktla bağlı …

Read More »

Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb

Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb. Boyukmillet.com xəbər verir ki, Ələddin Səmədov nəvəsi, 2009-cu il təvəllüdlü Orxan Səmədovun noyabrın 18-də yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Read More »

Ülvi Həsənli nədə ittiham olunur? – Vəkili açıqladı

Ötən gün səhər saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib. Boyukmillet.com xəbər verir ki, vəkili Zibeydə Sadıqova Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlandığını bildirib. Hazırda ilkin istintaq hərəkətləri aparılır. Qeyd edək ki, Ü.Həsənli ötən gün səhər xaricə yola düşərkən saxlanılıb. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkar edildiyi …

Read More »

Vətəndaşlardan avtomat, qumbara və sursat götürülüb

Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşlarına qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilib. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 2 ədəd qumbara, 4 ədəd trotil şaşka, 184 ədəd döyüş sursatı, 7 ədəd alışdırıcısı, 16 fişəng, 7 patron darağı, 76 ədəd müxtəlif çaplı patron və …

Read More »