Cümə , 5 İyul 2024

hadisə

Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib. Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Aprelin 4-ü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

Goranboyda qəbiristanlıqda 4 dəfə atəş açılıb, saxlanılan var

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərkisilah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə …

Read More »

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb. Boyukmillet.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, martın …

Read More »

Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb

Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, aprel ayının 2-də saat 06:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun II Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Göygöl rayon sakini Paşayev Azər Seyfəddin oğlu və Salyan rayon sakini Muradov Elnur …

Read More »

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən …

Read More »

BSU-nun sabiq rektoru məhkəmədə dindirilib – VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesində universitetin keçmiş rektoru Nurlana Əliyeva dindirilib. Boyukmillet.com xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən sabiq rektor barəsində səsləndirilən ittihamlarla razı olmadığını bildirib. O, Dürdanə Əliyevanı tanımadığını, tələbələrin təhsilhaqqını ödəmədiklərini …

Read More »

Azad edilən ərazilərdə ötən ay 926 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlayıb. ANAMA-dan  verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »