Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 silah götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, dünən 3 ədəd avtomat silahı, 1 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 460 ədəd müxtəlif çaplı patron təhvil alınıb. Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd …
Read More »Bakı sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb
Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı onun İrandan …
Read More »MN: Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Read More »İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a DSX-dən məlumat verilib. Bildirilib ki, fevral ayının 26-da saat 19:40-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə aşkar olunaraq …
Read More »Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndi şəhəri ərazisində xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 5 tüfəng, 49 ədəd qumbara, 61 qumbara alışdırıcısı, 17 ədəd partlayıcı, 236 patron darağı, 12255 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bundan …
Read More »Paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib, 19 nəfər həbs edilib
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlar paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd …
Read More »Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb
Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1 178 patron …
Read More »Azərbaycanın dəniz sərhədi pozulub, İran vətəndaşları saxlanılıb
Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsi Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb. Bu barədə DSX-dən məlumat verilib. Bildirilib ki, “Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkarlayıb. Sahil mühafizəçilərinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində içərisində iki nəfər heyət üzvü olan “Yamaha-200” mühərriki ilə təchiz edilmiş qayıq saxlanılıb. Dəniz sərhədini pozduqlarına …
Read More »Əvəz Zeynallı 9 il müddətinə həbs edildi
Əvəz Zeynallı 9 il müddətinə həbs edildi Boyukmillet.com xəbər verir ki, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birgə mühakimə olunan “Səda TV” kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Zeynallını rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə suçlu sayıb. Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Əvəz Zeynallı 9 il, …
Read More »Ağdamda partlamamış döyüş sursatları aşkarlanıb
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib. Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir”, – məlumatda qeyd olunub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar