Cümə , 5 İyul 2024

hadisə

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Yanvar ayının 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram …

Read More »

Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib

Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 km şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Read More »

Şərur və Kəngərlidə qadağan edilmiş tütün məmulatları aşkarlanıb

Naxçıvanın Şərur və Kəngərli rayonlarında satışı qadağan edilən tütün məmulatları aşkarlanıb. Boyukmillet.com Şərur Rayon Polis İdarəsinin əməkdaşları Yengicə kəndində və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları isə Qıvraq qəsəbəsində pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ümumilikdə 700 qutudan çox aksiz markasız, satışı qadağan edilmiş tütün məmulatlarını aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər. Faktlarla bağlı araşdırmalar aparılır.

Read More »

Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən …

Read More »

Kürdəmirdə narkotiklərin qanunsuz ticarəti ilə məşğul olmaqda şübhəli bilinənlər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dörd nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakinləri Rövşən Məmmədov və Mansur Mikayılov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onların hər birindən narkotik vasitə olan heroin aşkar edilib. Dindirilmə zamanı R.Məmmədov …

Read More »

Cəbrayılda İrandan Azərbaycana 13 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada, ümumi çəkisi …

Read More »

Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edənin saxlanılmasının təfərrüatı məlum olub

Daxili İşlər Nazirliyi paytaxtın Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasının təfərrüatını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu mövzuda DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feysbukda status yazıb. “Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. Dörd …

Read More »

Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı, saxlanılması və daşınmasında şübhəli bilinən 5 nəfər tutulub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, əvvəlcə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər, Balakən və Zaqatala rayon sakinləri – Elşad Atakişiyev, Tural Məmmədov, Nadir Cumaliyev və …

Read More »

Bakıda banka basqın olub

Bakıda banka basqın edən şəxs zərərsizləşdirilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, yanvar ayının 17-də saat 05:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilmiş …

Read More »