Bazar , 23 Fevral 2025

İdman

Qurban Qurbanov və Elnurə Məmmədova feyr-pley mükafatına namizəddir

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası feyr-pley mükafatı üçün hələlik iki namizəd müəyyənləşdirib. Bu barədə komissiyanın sədri Xəzər İsayev məlumat verib. Onun sözlərinə görə, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov və Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (55 kq) bu mükafata namizəddir. İsayev 50 yaşlı mütəxəssisə bir neçə dəfə feyr-pley mükafatı təqdim etdiklərini xatırladıb: “Bu mükafatı Qurbanova yenə verməyə hazırıq. …

Read More »

Azərbaycanın Avropa çempionu qələbəsini şəhidlərə həsr edib

“Qələbəmi 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr edirəm”. Boyukmillet.com-un məlumatına görə, bunu Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionu titulunu qazanan Nicat Hüseynov federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib. 51 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa yollanmazdan əvvəl də hədəfinin çempionluq olduğunu bildirib: “Şükürlər olsun, bunu bacardım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Biz həmişə onlara borcluyuq. Ən böyük zəfəri …

Read More »

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayırıb

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər …

Read More »

Bədii gimnastika üzrə Azərbaycan çempionatı başlayıb

Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib. Boyukmillet.com-un məlumatına görə, Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışda fərdi gimnastlar gənclər (2007 – 2009-cu il təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar. Qaliblər həm ayrı-ayrı alətlərdə – top, halqa, gürzlər, lent, həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər …

Read More »

Azərbaycanın Avropa çempionu olmuş sərbəst güləşçiləri Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionu olmuş sərbəst güləşçiləri Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları, güləşçilərin yaxınları qarşılayıblar. Qeyd edək ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycanın sərbəst güləş üzrə milli komandası tarixi nailiyyətə imza atıb. Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən …

Read More »

Azərbaycan taekvondoçuları İranda 5 medal qazanıb

İranın paytaxtı Tehranda keçirilən taekvondo üzrə Asiya regionu üzrə President Cup turnirinə yekun vurulub. Boyukmillet.com xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın daha bir təmsilçisi fərqlənib. 87 kq-dan yuxarı çəki dərəcəsində dayanaq üzərinə çıxan Radik İsayev bürünc medala yiyələnib. Digər taekvondoçulardan Taleh Süleymanov (87 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Eltac Qafarov 74 kq) və Patimat Abakarova (53 kq) …

Read More »

Azərbaycan akrobatları Bakıdakı dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan akrobatları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatının bürünc medal qazanıblar. Boyukmillet.com-un məlumatına görə, cütlük qarışıq hərəkətlərdə (temp və balans) 28.270 xala layiq görülüb. ABŞ komandası qızıl, Qazaxıstan isə gümüş medala sahib çıxıb. Qeyd edək ki, Abbasov və Rəfiyevdən ibarət cütlük martın 12-də temp, martın 13-də balansla hərəkətlərdə finalda mübarizə aparacaqlar.

Read More »

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı start götürür

Bu gün Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start veriləcək. Boyukmillet.com-un məlumatına görə, Azərbaycanda ilk dəfə təşkil olunacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq. Martın 13-dək davam edəcək mundialda 17 ölkədən 170 idmançının iştirakı gözlənilir. Gimnastlar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə mübarizə aparacaqlar. Yarışda Azərbaycanı gənclər arasında …

Read More »

Pekin-2022: Azərbaycanın ilk və yeganə təmsilçisi mübarizəyə başlayır

Bu gün Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq. “Boyukmillet.com”un məlumatına görə, qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınayacaq. O, ölkəni qış paralimpiadasında təmsil edən ilk azərbaycanlı kimi tarixə düşəcək. Ramazanzadə Bakı vaxtı ilə saat 06:00-da başlayacaq yarışa sonuncu – 38-ci sırada çıxacaq. Lakin mübarizənin startınadək sıralama dəyişə bilər. …

Read More »

Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırılıb

Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb. Bu barədə Boyukmillet.com “Report” istinadən xəbər verir. Qeyd edilir ki, qərar həmin ölkələrin rəsmilərinə də şamil edilir. Qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub. Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem …

Read More »