Cümə , 5 Dekabr 2025

İdman

Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə gedib

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin “Report”a verdiyi məlumata görə, nazir Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova ilə görüşəcək və onun çıxışlarını izləyəcək. 19 yaşlı idmançı özü bu gün Çinin paytaxtında olacaq. Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. …

Read More »

Bakıdakı “Formula 1” yarışının proqramı açıqlanıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub. Boyukmillet.com Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabına istinadən xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq. Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək. İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq. Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da start götürəcək. Qeyd edək …

Read More »

Böyük Dəbilqə: Azərbaycanın son 3 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə xalça üzərinə çıxacaq. Boyukmillet.com-un məlumatına görə, idmançıların hər üçü mübarizəyə 1/8 finaldan başlayacaq. 90 kq-da yer alan Məmmədəli Mehdiyev Rafael Masedo (Braziliya) / Nqayap Hambu (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. 100 kq-da mübarizə aparan Zelim Kotsoyev Pyotr Kuçeranı (Polşa) sınağa çəkəcək. 100 kq-dan yuxarı çəkidəki isə Uşangi …

Read More »

Şəhriyar Məmmədyarov: “Sanki Karlsenlə deyil, kompüterlə oynayırdım”

Üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.  Boyukmillet.com həmin müsahibəni təqdim edir… – Nüfuzlu Veyk-An-Zeye superturnirində dünya çempionu Maqnus Karlsenə məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə dəyərləndirirsiniz?– Sözsüz ki, turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsenlə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaltdı. Yekunda ikinci yeri tutdum. …

Read More »

Bu gün XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, Pekin Milli Stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq. “Tonq Ksin” (“Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların bir üzündə Çin harmoniya …

Read More »

Azərbaycan Premyer Liqasında komanda sayı artırılıb

2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun Hesabat Konfransında bildirib. Məmmədov elitaya 2 yeni klubun daxil olacağını diqqətə çatdırıb: “Gələn mövsümdən 10 komandalı Premyer Liqanın həyəcanını yenidən yaşayacağıq”.

Read More »

Azərbaycanda yeni idman federasiyası yaradılıb

Azərbaycanda yeni idman federasiyası yaradılıb. Boyukmillet.com-un məlumatına görə, bu, Qış İdman Növləri Federasiyasıdır. Federasiyanın prezidenti Fuad Nağıyev, baş katibi isə Günel Bədəlova seçilib. Yeni federasiyaya dağ xizəyi, snou boldinq, xizək alpinizmi və fiqurlu konkisürmə növlərinin inkişafı ilə məşğul olacaq. Gənclər və İdman Nazirliyində keçirilmiş təsis konfransından sonra F.Nağıyev jurnalistlərə bildirib ki, Azərbaycan Dağ Xizəyi Federasiyası və Fiqurlu Konkisürmə Federasiyası ləğv …

Read More »

Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bakının Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində 18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib. Boyukmillet.com  xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 568 (479 oğlan, 89 qız) idmançı mübarizə aparır. 3 gün davam edəcək ölkə birinciliyində qızlar 36 kq, …

Read More »

“Qarabağ” və “Neftçi” Türkiyədə ilk oyunlarına çıxır

Bu gün “Qarabağ” və “Neftçi” komandaları Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcəklər. Boyukmillet.com-un məlumatına görə, paytaxt klubu Macarıstan “Kişvarda”sı ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. “Qarabağ” Rumıniya “Qaz Metan”ı ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Premyer Liqanın digər təmsilçisi “Səbail” də ilk yoxlama matçına çıxacaq. “Dənizçilər” Bakıda “Qarabağ”ın əvəzedici …

Read More »

Gürcüstan yığmasına ilk dəfə azərbaycanlı güləşçi vəsiqə qazanıb

Rustavi şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Gürcüstan çempionatının mükafatçılarından biri azərbaycanlı soydaşımız olub. Boyukmillet.com xəbər verir ki, Marneuli sakini Rəşad Orucov 55 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib. Rayonun “Olimp” idman məktəbinin yetirməsi olan Orucov bu nəticə ilə Gürcüstanın yunan-Roma güləşi üzrə milli komandasına vəsiqə qazanıb. O, qonşu ölkə yığmasının heyətində təmsil olunacaq ilk azərbaycanlıdır.

Read More »