Bazar ertəsi , 29 Aprel 2024

İncəsənət

Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub

Bu gün Bakıda litvalı dənizçi Simas Kudirkanın həyatından bəhs edən “Tullanma” sənədli filminin nümayişi olub. Boyukmillet.com xəbər verir ki, rejissoru Gedre Jitskite olan film 1970-ci ildə sovet gəmisindən ABŞ gəmisinə tullanan və amerikalılardan sığınacaq istəyən dənizçidən bəhs edir. Film boyu S.Kudirka azadlığa doğru olan inanılmaz tullanma hekayəsindən danışır. Qeyd edək ki, film müxtəlif kinofestivallarda nümayiş etdirilib və nüfuzlu mükafatlara, o cümlədən …

Read More »

Evsiz alim gözünü jurnalist mənzilinə tikibmiş…

Evsizlik səbəbindən bir neçə gün küçədə gecələyən, sonra isə dərdinə çarə tapılan alim Fazil Qaraoğlu deyib ki, ona jurnalistlər binasından evlə təmin olunacağına dair söz veribmişlər. Yəni alim belə sərgərdan günə düşməsinin başlıca səbəbini jurnalistlər binasından evlə təmin olunmaması ilə izah edib. Görəsən, bu alim niyə gözünü məhz jurnalistlər üçün tikilən binadakı mənzillərdən birinə tikibmiş? Bilmirdi ki, bu addımı ilə …

Read More »

Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir ki, əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evinə gətirilib. Əklil mərhumun məzarının üzərinə qoyulacaq. Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. …

Read More »

Əməkdar artist Aygün Bəylər vəfat edib

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib. Boyukmillet.com xəbər verir ki, müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Xanəndə müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı. Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci …

Read More »

Hindistanın hazırda Bakıda çəkdiyi döyüş filmi marağa səbəb olub

Hindistanın tanınmış rejissoru Maqij Tirumenin hazırda Bakıda çəkdiyi “Vidaamuyarçi” filmi internet resurslarında, o cümlədən sosial şəbəkələrdə maraqla qarşılanıb. Bu barədə Boyukmillet.com Hindistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, məşhur aktyor Ajit Kumarın Azərbaycandakı pərəstişkarları – həmvətənləri filmin çəkilişlərini, habelə ekran əsəri ilə bağlı yenilikləri maraqla izləyirlər. Döyüş trilleri kimi təqdim edilən bu film Ajit Kumarın rejissor Maqij Tirumenin rəhbərliyi altında …

Read More »

Naxçıvanda Türkiyə Konsulluğu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyənin Cümhuriyyətinin 100 illiyi münasibətilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı və muxtar respublikanın Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “İki dövlət, bir millət” rəsm müsabiqəsində ümumilikdə 70 rəssamın 75 əsəri sərgilənib. Münsiflər heyəti dostluğumuzu, qardaşlığımızı, qəhrəmanlığımızı, …

Read More »

Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycanın Xalq artisti Ramiz Məliklə vida mərasimi bu gün Heydər məscidində keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Vida mərasimindən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, R.Məlik 80 yaşında dünyasını dəyişib. Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, …

Read More »

Azərbaycanın Xalq rəssamı İtaliyanın ali mükafatına layiq görülüb

Azərbaycanın Xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev İtaliyanın məşhur “Della Stella D’İtalia” Ordeni və diplomu ilə təltif olunub. Boyukmillet.com xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfirliyində ordenin sənətkara təqdimatı mərasimi keçirilib. “Natiq Əliyev öz əsərləri ilə dünya heykəltaraşlıq sənətinə töhvələr verib. O yaradıcılığında İtaliya heykəltaraşlıq məktəbinin ənənələrindən daim istifadə edib və bununla bizim üçün dəyərlidir”, – İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri …

Read More »

Xalq artisti Ramiz Məlik vəfat edib

Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, R.Məlik 80 yaşında dünyasını dəyişib. Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram …

Read More »

Bakıda “İrlandsayağı vida” qısametrajlı filminin təqdimatı olub

Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş “İrlandsayağı vida” qısametrajlı filminin təqdimatı olub. Boyukmillet.com xəbər verir ki, tədbir Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin açılışında vurğulanıb ki, Böyük Britaniya səfirliyi 30 ildir bu istiqamətdə layihələr təşkil edir. “Keçən il Böyük Britaniya Xarici İşlər Nazirliyi əlillərlə bağlı strategiya qəbul edib. Bu, ölkəmizin bu məsələyə nə qədər ciddi yanaşdığını göstərir”, – …

Read More »