Cümə , 29 Mart 2024

İncəsənət

Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub

Bu gün İsmayıllı rayonunun Buynuz kəndinin qəbirstanlığında dahi Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, AYB-nin katibləri Rəşad Məcid, Elçin Hüseynbəyli, İsmayıl Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı …

Read More »

Vətən müharibəsi kadrlarının yer aldığı “Köhnə çamadanlar” filmi təqdim olunub

Nizami Kino Mərkəzində Vətən müharibəsini əks etdirən real döyüş kadrlarının yer aldığı “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmin təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, premyerada yaradıcı heyətlə yanaşı, ictimai xadimlər, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları və ssenaridə yer alan hadisələrin şahidləri iştirak ediblər. Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadın taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci …

Read More »

Mark Eliyahu yenidən Bakıya gəlir

Məşhur kamança ustası Mark Eliyahu növbəti dəfə Bakıya gəlir. Boyukmillet.com xəbər verir ki, sənətçinin maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı Heydər Əliyev Sarayında baş tutacaq. 19 iyunda keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsindədir. Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət …

Read More »

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib – FOTO

Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk konsert proqramı baş tutub. Boyukmillet.com xəbər verir ki, tədbirdə hökumət nümayəndələri, incəsənət xadimlərinin iştirak edib.Mədəniyyət nazirinin birinci müavini Sevda Məmmədəliyeva çıxışında bəstəkarın yaradıcılığından söz açıb. O bildirib ki, “Nizami” simfoniya, “Sevil” operası, “Min bir gecə” baleti bəstəkarın musiqi irsinin qiymətli …

Read More »

Azərbaycanın Əməkdar rəssamı həbs edilib

Azərbaycanın Əməkdar rəssamı həbs edilib. Bu barədə  vəkil Adəm Məmmədov məlumat verilib. O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs …

Read More »

Jan-Klod Vam Damm Ukrayna müharibəsi ilə bağlı paylaşım edib

Məşhur Amerika aktyoru, ssenarist, prodüser və montajçı Jan-Klod Vam Damm Ukrayna müharibəsi fonunda özünün feysbukdakı hesabında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, aktyor dünya ölkələrinə əmin-amanlıq diləyini çatdırıb. “Bütün dünyaya sülh arzulayıram”, – aktyor sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların 4-cü günü hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub …

Read More »

Qarabağ xalçaları Moskvada nümayiş etdirilir

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 22-dən Moskvada Azərbaycan günləri başlayıb. Boyukmillet.com xəbər verir ki, “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub. Bu çərçivədə fevralın 21-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb. “Azərxalça” Səhmdar Cəmiyyəti …

Read More »

ABŞ səfirinin müavini müğənni Eldar Qasımovla gəzintiyə çıxıb, azərbaycanca mahnı oxuyub

Tanınmış azərbaycanlı müğənni Eldar Qasımov və ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərini nümayiş etdirmək üçün Bakı küçələrində elektromobillə gəzintiyə çıxıblar. Boyukmillet.com  xəbər verir ki, onlar gəzinti zamanı azərbaycanca mahnı ifa ediblər. Daha sonra səfir Litzenberger də onlara qoşulub.

Read More »

Şair Ənvər Əhməd vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru Ənvər Əhməd vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu) 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta …

Read More »

Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçirilib

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçirilib. “Report”un Rusiya bürosu xəbər verir ki, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış ediblər. Pavilyonun direktoru Səadət Qədirova Moskvada yerləşən Qara Qarayev adına uşaq musiqi məktəbinin direktoruna təşəkkürünü bildirib: “Bu, Azərbaycanın …

Read More »