Bazar ertəsi , 29 Aprel 2024

İncəsənət

Şair Ənvər Əhməd vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru Ənvər Əhməd vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu) 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta …

Read More »

Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçirilib

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçirilib. “Report”un Rusiya bürosu xəbər verir ki, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış ediblər. Pavilyonun direktoru Səadət Qədirova Moskvada yerləşən Qara Qarayev adına uşaq musiqi məktəbinin direktoruna təşəkkürünü bildirib: “Bu, Azərbaycanın …

Read More »

Parisdə azərbaycanlı rəssam Fərhad Fərzəlinin fərdi sərgisi açılıb

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Fərhad Fərzəlinin fərdi sərgisi keçirilir. Boyukmillet.com xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərginin açılışında respublikamızın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, fransalı jurnalistlər, rəsm həvəskarları və digər şəxslər iştirak edirlər. Fərhad Fərzəlinin “Tiger is Tiger is a Tiger is a Tiger “adlı sərgisi “Dix9” qalereyasında təşkil edilib. Bu, azərbaycanlı rəssamın Fransada ilk …

Read More »

Azərbaycanda iki illik fasilədən sonra “Bahar Qalası” festivalı keçiriləcək

Azərbaycanda iki illik fasilədən sonra “Bahar Qalası” festivalının keçirilməsi planlaşdırılır. Boyukmillet.com-un məlumatına görə, tədbir İçərişəhərdə baş tutacaq və martın 19-dan 27-dək davam edəcək. Festival çərçivəsində Azərbaycanın milli adət-ənənələri və mətbəxi nümunələri turistlərə nümayiş olunacaq. Qeyd edək ki, “Bahar Qalası” festivalı Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından olan Novruz bayramı ərəfəsində keçirilir. Koronavirus pandemiyası səbəbindən son iki ildir festival keçirilmirdi.

Read More »

Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə fevralın 5-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçiriləcək. Tədbir təşkilatçılarının “Report”un Rusiya bürosuna verdiyi məlumata görə, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış edəcəklər. Tədbirdə Qara Qarayevdən savayı Dmirti Şostakoviçin, Niyazinin, Arif Məlikovun, Vasif Adıgözəlovun və digər …

Read More »

“Fəryad II” filminin montaj və səsləndirməsi yekunlaşıb

“Həyat, deyəsən gözəldir” (Fəryad II) tammetrajlı bədii filmi üzərində işlər yekunlaşıb və artıq festival həyatını yaşamağa hazırdır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Məlumata görə, ekran əsərinin istehsal prosesi bir ilə qədər davam edib: “Filmin istehsalata hazırlıq, çəkiliş prosesi artıq 2021-ci ildə başa çatıb. Son aylarda isə montaj, səsləndirmə, dublyaj, rəng korreksiyası və digər post-prodakşn prosesləri görülüb və …

Read More »

Parisdə məşhur fotoqraf donaraq ölüb

“Parisdə məşhur fotoqraf Rene Robert şəhərin mərkəzi küçələrinin birində huşunu itirərək yerə yıxılıb və ətrafda olan insanların heç biri əraziyə təcili tibbi yardım avtomobili çağırmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu “RTL” radiosunda çıxış edən mərhumun dostu və müsiqçi Mişel Momponte bildirib. Onun sözlərinə görə, 18 yanvar axşamı fotoqraf gəzmək üçün küçəyə çıxıb. Bu zaman o, huşunu itirərək yerə yıxılıb. Baş nahiyəsindən güclü …

Read More »

Türkiyənin məşhur aktrisası vəfat edib

Türkiyənin görkəmli aktrisası Fatma Girik 79 yaşında vəfat edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə İstanbulun Şişli Bələdiyyəsinin sədri Muammer Keskin tviterdə yazıb. F.Girik müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, o, “Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır.

Read More »

Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir

Gəncə şəhər İmamzadə Dini Kompleksində Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, mərasimdə mərhumun yaxınları ilə yanaşı, mədəniyyət sahəsinin nümayəndələri iştirak edir. Mərhum vida mərasimindən sonra İmamzadə Dini Kompleksində dəfn olunacaq. Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev dünən onkoloji xəstəlikdən vəfat edib. O, 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun …

Read More »

Əməkdar artist Novruz Qartal vəfat edib

Azərbaycanın Əməkdar artisti Novruz Qartal (Əliyev) vəfat edib. Bu barədə “Report”a onun həmkarı, Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov məlumat verib. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə …

Read More »