Bazar ertəsi , 18 Noyabr 2024

İNFRASTRUKTUR

Şuşanın içməli su təchizatını yaxşılaşdıracaq şirkətin adı açıqlanıb

“Azərsu” ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması üçün mövcud qurğuların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Protean Construction” MMC-dir. Qalib şirkətə 8 631 265 manat ödəniləcək.

Read More »

Prezident Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də “Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü …

Read More »

Kəlbəcər yolunun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb

“Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər şəhərinə, ordan isə rayonun İstisu qəsəbəsinə və Laçın rayonuna çəkilən avtomobil yolunda torpaq işləri görülür”. Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Fərid Yusubov deyib. “Artıq həmin yolun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb. Yol I dərəcəli, 2-4 zolaqlı olacaq. Növbəti ildən asfaltlama işlərinə başlanılması nəzərdə tutulub”, – deyə o, qeyd edib. …

Read More »

Azərbaycan gömrükçüləri təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları gömrük işinin müxtəlif sahələri üzrə əldə etdikləri qabaqcıl təcrübəni özbəkistanlı həmkarları ilə bölüşüblər. Boyukmillet.com xəbər verir ki, bu məqsədlə hər iki ölkənin gömrük əməkdaşları arasında onlayn formatda görüş keçirilib. Görüşdə DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulduğunu bildirib. İdarə …

Read More »

ANAMA Qarabağda 3 500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib

“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm nəqliyyat sektoruna aid, həm də yaşayış məntəqələrinə aid ərazilərdə minatəmizləmə əməliyyatları aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmisi İdris İsmayılov bildirib. “Bu günə qədər agentlik 3500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib, 20 mindən yuxarı partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirilib”, – o deyib.

Read More »

Naxçıvanda I yarımildə 572 milyon manatlıq sənaye məhsulu istehsal olunub

Bu ilin I yarısında Naxçıvan MR-da 572,25 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu barədə Boyukmillet.com yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur. 6 aylıq sənaye məhsulunun 94,8 %-i malların, 5,2 %-I isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 % təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən …

Read More »

Prezident Daşkəsəndə avtomobil yolunun təmirinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev “Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyi …

Read More »

İsrailin Azərbaycandakı səfiri Bakı Limanına səfər edib

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanında olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb. Məlumata görə, liman barədə səfirə səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov məlumat verib. Onun sözlərinə görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və onun mühüm hissəsi olan Baki Limanı Avropa ilə Asiya arasında …

Read More »