Türkiyədə benzinin qiyməti yenə ucuzlaşıb. Boyukmillet.com Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyədə benzinin qiyməti 0.51 lira ucuzlaşıb. Bununla da, benzinin indiki qiyməti 5.54 Türk lirəsi olub. Lakin, dizelin qiyməti ucuzlaşmadığına görə hazırda benzindən daha baha qiymətə satılır. Belə ki, hazırda Türkiyədə dizelin qiyməti 5.75 lirədir. Qeyd edək ki, dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədar olaraq Azərbaycanda da “Premium Euro-95” və …
Read More »Azərbaycan nefti bahalaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,79 ABŞ dolları, yaxud 2,44% artıb. Boyukmillet.com bildirir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 33,14ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »Bakı-Tbilisi-Bakı qatarlarının səfərlərinə müvəqqəti məhdudiyyət qoyuldu
Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, alınmış biletlər üçün ödənilən məbləğ QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan …
Read More »Abşeron dairəvi dəmir yolu xətti Novruz bayramına qədər açılacaq
“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttinin bir hissəsi olan Fatmayi, Goradil və Novxanı stansiyalarını Novruz bayramına qədər istifadəyə verməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədr müavini Zaman Novruzov bildirib. Onun sözlərinə görə, bu stansiyalar istifadəyə verildikdən sonra ümumi uzunluğu 91 km olan Abşeron dairəvi dəmir yolu xətti tam fəaliyyət göstərəcək.
Read More »AZAL bütün istiqamətlər üzrə biletlərin qaytarılmasına və dəyişməsinə hazırdır
Koronavirus infeksiyası COVİD -19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud …
Read More »Koronavirusun dünyada yaratdığı vəziyyət – FOTOLAR
Koronavirus dünya iqtisadiyyatına və insanların yaşam tərzinə ciddi ziyan vurub.Çinin Uhan vilayətində yaranan və sürətli şəkildə dünyanı cənginə alan koronavirus bir çox ölkənin gündəmidir. Boyukmillet.com azxeber.com-a istinadla virusun dünyada yaratdığı vəziyyəti fotolarla nümayiş etdiririk:
Read More »Niyazi Bayramov şəhərdə aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub
Boyukmillet.com-a verilən məlumata görə Gəncədə abadlıq, təmir-bərpa və tikinti işləri sürətlə davam etdirilir. Şəhərin bir sıra ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir. Bunlarla yanaşı Gəncənin müxtəlif hissələrində mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərini gəzərək, aparılan abadlıq, təmir-bərpa …
Read More »Parlamentin komitə sədri insanları təşvişə düşməməyə çağırdı
“Bu gün dünyada koronavirus epidemiyasının yayılması və digər hadisələrlə əlaqədar neftin qiyməti 30-35 dollara enib”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, epidemiyanın iqtisadiyyata təsiri iyun ayında bitəcək: “Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. Biz neftin qiymətini …
Read More »MAGATE-dən Azərbaycana 1,5 milyon dollarlıq hədiyyə
“Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) Azərbaycana 1,5 milyon ABŞ dolları dəyərində Sterilizasiya Məqsədli Qamma Şüalanma Qurğusu və laboratoriya vasitələri hədiyyə edib”. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin diektoru Adil Qəribov deyib. Onun sözlərinə görə, qurğu MAGATE ilə birgə həyata keçirilən layihə çərçivəsində təqdim olunub: “Bu qurğu …
Read More »Avstriya şirkəti Azərbaycanın dəmir yollarından istifadə etmək istəyir
Boyukmillet.com xəbər verir ki “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, qurumun sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb …
Read More »