Bir qrup sahibkar məhsul və avadanlıq idxalına dair müqavilələr imzalamaq üçün Rusiyanın Belqorod şəhərinə gedəcək. Boyukmillet.com “Bel.ru”ya istinadən xəbər verir ki, imzalama mərasimi martın 5-nə təyin olunub. Səfər çərçivəsində həmçinin yerli sahibkarlarla görüşlərin keçirilməsi, istehsalat müəssisələrilə tanışlıq da nəzərdə tutulur. Belə ki, ağır, yüngül, qida sənayesi sahələrinin nümayəndələrindən ibarət heyətin neft-qaz və qida istehsalı avadanlığı, avtomatik idarəetmə sistemləri, ərzaq, yüngül sənayesi məhsulları …
Read More »Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək
Fevralın 28-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasına hazırlıq işləri yekunlaşıb və toplantıda 13 ölkənin iştirakı təsdiqlənib. Boyukmillet.com Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən – Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf …
Read More »SOCAR Ukrayna hökuməti ilə böyük hub açacaq
2020-ci ilin sonunadək Ukrayna Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çonqar nəzarət-buraxılış məntəqəsində vətəndaşlara xidmət göstərmək üçün böyük hub açacaq. Boyukmillet.com Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Age of Crimea 2020” forumunda bildirib. O qeyd edib ki, burada inzibati xidmətlərin göstərilməsi üçün tammiqyaslı mərkəz, istirahət zonası və digər mühüm obyektlər yerləşəcək. Prezident xatırladıb ki, Krım köçkünləri üçün …
Read More »Ekspert: “Azərbaycan Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir”
“Cənub Qaz Dəhlizi layihəsinin Avropa ölkələri üçün geosiyasi əhəmiyyəti böyükdür”. Bunu Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov bildirib. O xatırladıb ki, Cənub Qaz Dəhlizi layihəsinin yekun fazasının bitməsinə az qalmış Avropa Komissiyası rəsmiləri bu layihə vasitəsilə nəql edilən təbii qazın həcminin artırılmasında maraqlı olduqlarını dilə gətiriblər. “Ümumilikdə, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələrinin uzun illər yürütdüyü təbii qaz idxalının diversifikasiyası …
Read More »Mahir Əliyev: “Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilişi tarixi hadisədir”
Bu sözləri “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”na münasibət bildirən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev deyib. Mahir Əliyev bildirib ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və muxtar respublikanı bölgənin mühüm bir tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda Fars …
Read More »“Turkish Airlines” İrana uçuşlara qoyulan məhdudiyyətin müddətini uzadıb
Türk Hava Yolları (Turkish Airlines) Tehran istisna olmaqla İranın digər şəhərlərinə uçuşlara qoyulan məhdudiyyətin müddətini martın 10-dək uzadıb. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Qeyd edək ki, dünən Türk Hava Yolları İrana uçuşları fevralın 27-nə qədər dayandırdığını açıqlamışdı. Bundan başqa, Türk Hava Yolları Çinə olan səfərlərini fevralın 29-dək təxirə salıb.
Read More »Bu il Azərbaycan xurmaları xarici bazarlarda iki dəfə baha satılıb
“Azərbaycan 2019-cu ildə 104 mln ABŞ dolları dəyərində xurma ixrac edib. Ümid edirəm ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixrac etdiyi xurmanın dəyəri 20 mln ABŞ dollarını ötəcək”. Bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov bildirib. O deyib ki, hazırda xurma anbarlarda saxlanılır və ixrac martın sonlarına qədər davam edəcək: “Azərbaycanın xurma ixrac etdiyi əsas bazarlar Rusiya, Ukrayna, Qazaxıstan və Səudiyyə Ərəbistandır”. Assosiasiya sədri vurğulayıb ki, bu mövsümün əvvəlindən …
Read More »ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirdi
Çində ortaya çıxan və artıq dünyanın bir neçə ölkəsində də aşkarlanan koronavirusla (“2019-nCoV”) bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ehtiyat tədbirlərini davam etdirir. Bu barədə ASCO-dan məlumat verilib. ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Müəyyənləşdirilmiş qrafikə əsasən, 24 fevral 2020-ci il …
Read More »İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markası buraxıldı
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib. Boyukmillet.com bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə istinadən xəbər verir. Azərbaycanın İndoneziyadakı səfirliyindən şirkətə bildirilir ki, nəşr edilən poçt markasının üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasının loqosu olan badam çiçəyi …
Read More »Azərbaycan içki idxalını və ixracını kəskin azaltdı
Bu ilin yanvar ayında Azərbaycan 769 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, eləcə də spirt ixrac edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 927 min ABŞ dolları və yaxud təxminən 71,5% azdır. Hesabat dövründə içki ixracı ümumi ixracın 0,04%-ni təşkil edib. Ötən ay Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin, spirtin dəyəri isə 3,291 milyon ABŞ dolları …
Read More »