Şənbə , 22 Fevral 2025

İqtisadiyyat

Ukraynada baş verənlər Azərbaycanın xaricdə təhsil şirkətlərinə – PROBLEM YARADACAQ

Rusiyanın Ukraynaya hücumu, hazırda davam edən müharibə və bu ölkənin bir hissəsinin işğal edilməsi Ukraynada ali təhsil biznesinə də böyük zərbə olacaq. Nəticədə bu ölkəyə xaricdən, o cümlədən Azərbaycandan tələbə göndərilməsində problemlər yaranacaq. Həmin təsiri Azərbaycanın xaricdə təhsil xidmətləri göstərən şirkətlər də hiss edəcək. Bu barədə FED.az-a «Vecon Consulting» şirkətinin rəhbəri, bizneslərin qiymətləndirilməsi üzrə ekspert Vüqar Oruc məlumat verib.Onun sözlərinə görə, …

Read More »

İqtisadiyyat naziri: “Valyuta ehtiyatlarımız idxalımızı 4,6 dəfə üstələyir”

“Azərbaycanın iqtisadi təhlükəsizlik yastığı hesab olunan strateji valyuta ehtiyatları 53 milyard ABŞ dollarına çatıb”. Boyukmillet.com  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda nazir Mikayıl Cabbarov bildirib. “Bu, ölkənin ötən ilki ümumu daxili məhsulunun (ÜDM) dəyərinin 90,6%-ni təşkil …

Read More »

Saxta rəqəmlər, şişirdilmiş sahələr, aldadıcı elanlar – Diqqətli olun

İqtisadçı: “MTK-lar mənzillərin sahəsinin şişirdilməsi ənənəsinə son qoymalıdır”Hüquqşünas: “MTK-lar imkan vermir ki, payçılar özləri öz cəmiyyətini yaratsınlar”“Vecon Consulting” qiymətləndirmə şirkəti paytaxtın əmlak bazarı ilə bağlı apardığı araşdırmaya yekun vurub. Monitorinq zamanı vətəndaşların etimadından sui-istifadə olunması, onların aldadılması ilə bağlı çoxsaylı faktlar aşkarlanıb. Mənzil tikinti kooperativlərinin (MTK) mənzillərin sahələrini süni şəkildə şişirtməsi, müvafiq standarları pozması, payçıların artıq ödənişlərə məcbur edilməsi, kommunal …

Read More »

Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib

Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

Read More »

Manatın alıcılıq qabiliyyətində AZALMA: “Məzənnənin stabil qalmasına çalışılır”

“İqtisadi böhranın yaşanmaması üçün üzən məzənnəyə keçilərsə, bu proseslə yanaşı istehsal sahələri və yeni iş yerləri yaradılmalıdır” Bu sözləri manatın mövcud alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib. İqtisadçıya görə, yerli istehsalın tam formalaşmaması fonunda böyük iqtisadi kəsr ortaya çıxır və bu baxımdan istehsal sahələrinin yaradılması vacibdir: “Bu il manatın alıcılıq qabiliyyətinin məhdudlaşması gözləniləndir. Çünki dünya ölkələrində …

Read More »

Ukraynanın aqrar siyasət naziri Azərbaycana səfər edəcək

Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. “Report”un Şərqi Avropa bürosunun Ukrayna Nazirlər kabinetindən əldə etdiyi məlumata görə, səfər yanvarın 30-da gözlənilir. İki günlük nəzərdə tutulan rəsmi səfərdə bir sıra görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində Azərbaycanın …

Read More »

Səngiməyən qiymət artımı: “Vətəndaşları mövcud bahalaşma ilə üz-üzə buraxmaq düzgün olmaz” – MÜSAHİBƏ

“Yeni iş yerlərinin açılması, istehsalın əsas məqsədə çevrilməsi və maddi rifahın yüksəldilməsi ölkənin iqtisadi-sosial inkişafına müsbət təsir edə bilər”. Bu sözləri ölkədə müşahidə olunan bahalaşma tendensiyana təsir edən amilləri dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik: – Çörək və unun qiymətinin bahalaşması cəmiyyətdə birmənalı qarşılanmadı və narazılığa səbəb olub. …

Read More »

Mikayıl Cabbarov qiymət artımının qarşısını almaq üçün əsas planlarını açıqlayıb

“Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam də­yər zəncirini formalaşdırmaq, 100 %-lik lokalizasiyaya nail olmaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcud­dur: “Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırıl­ması bu …

Read More »

Yanvarın 1-dən maaşlardan çıxılma bu qayda ilə həyata keçiriləcək

“Tibbi sığorta haqqında” qanuna ötən il edilmiş dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq. Boyukmillet.com xəbər verir ki, “Qafqazinfo” bu məqamda hər iki sektorda işləyən işəgötürən və işçilərin əməkhaqqından 2022-ci ildən etibarən nə qədər sığorta haqqı tutulacağı …

Read More »

Krasnoyarskdan Azərbaycana taxıl tədarük edilib

Bu ilin əvvəlindən Rusiyanın Krasnoyarsk vilayətindən Azərbaycana 1,2 min ton taxıl ixrac edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir. Məlumata görə, “Rosselxoznadzor” Krasnoyarsk ərazisi üzrə idarəsi, bu ilin əvvəlindən 191 min tondan çox taxıl, onun emal olunmuş məhsulları və kolza toxumun ixracına nəzarət edib. Əsas ixrac məhsulları 119 min tonla buğda, 54,1 min tonla kolza və 12,2 min ton …

Read More »