Cümə , 30 Yanvar 2026

Maliyyə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.01.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1 % artaraq 2,0185 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,9 % azalaraq 2,2222 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1,70001 Avro2,0185100 Rusiya rublu2,22221 Avstraliya dolları1,17501 Belarus rublu0,57531 Bolqarıstan levi–1 BƏƏ dirhəmi0,4628100 Cənubi Koreya vonu0,11731 Çexiya kronu0,08331 Çin yuanı0,24431 …

Read More »

ADB Azərbaycanın iştirakı ilə sərhəd keçid məntəqələrində modernləşdirməyə 50 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın tranzit və sərhəd infrastrukturunun inkişafı üzrə əsas iştirakçılarından və liderlərindən biri olduğu “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi” adlı regional layihəyə kredit ayırmaq imkanını nəzərdən keçirir. Boyukmillet.com ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması, sərhəd məntəqələrinin modernləşdirilməsi və …

Read More »

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

2026-cı ilin fevralında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti “Comex” birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 4 950 ABŞ dollarını ötüb. Boyukmillet.com xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiq edir. Bakı vaxtı ilə saat 03:01-də qiymətli metalın dəyəri bir troya unsiyası üçün 4 950,1 ABŞ dolları (+0,75 %) təşkil edib. Saat 03:06-da isə qızılın qiyməti artımı sürətləndirərək bir …

Read More »

Hesablama Palatası Gənclər və İdman Nazirliyində maliyyə pozuntuları üzrə icra vəziyyətini açıqlayıb

Gənclər və İdman Nazirliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi nəticəsində aşkar edilmiş bütün maliyyə pozuntuları və çatışmazlıqlar üzrə qərarların icra vəziyyəti açıqlanıb. Boyukmillet.com bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir. Sənədə əsasən, atıcılıq idman növü üzrə ezamiyyə günlərinin artıq yazılması və nəzərdə tutulmadığı halda daşınma xərci ilə bağlı artıq ödənilmiş 6 212,2 manat, taekvando …

Read More »

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki, ötən ilin aprel ayından milli valyutada olan vahid xəzinə hesabının vəsaitlərinin hərrac üsulu ilə depozitlərə yerləşdirilməsinə başlanılıb. Bu mexanizmin tətbiqində əsas məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə …

Read More »

Azərbaycanın valyuta ehtiyatları 84 milyard dollara yaxınlaşır

Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 12,6 milyard ABŞ dolları və yaxud 17,7 % artaraq 83,6 milyard ABŞ dollarına çatıb. Boyukmillet.com bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bunun 11,4 milyard dolları qurumun payına düşür. Bu isə ilin əvvəlinə nisbətən 4,3% çoxdur. Hazırda ölkənin valyuta ehtiyatları xarici borcundan təxminən 17 dəfə çoxdur.

Read More »

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Cari ilin 11 ayında ümumi daxili məhsul 1.6% artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisdəki çıxışı zamanı Baş nazir Əli Əsədov bildirib. Hökumət başçısı qeyd edib ki, iqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir: “Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır …

Read More »

Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? – RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir hal nəzərdə tutulmayıb. “Son dövrlər …

Read More »

Hesablama Palatası ilə ACCA arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Hesablama Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com bu barədə Hesablama Palatasına istinadən xəbər verir. Tərəflər arasında imzalanan sənəd mühasibat və audit sahəsində əməkdaşlığın inkişafını, kadr potensialının gücləndirilməsini və beynəlxalq standartların tətbiqinin dəstəklənməsini nəzərdə tutur. Sənəd əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməklə təlimlər və davamlı peşəkar inkişaf, dövlət auditorlarının sertifikatlaşdırılması üzrə dəstək, texniki nəşrlərə çıxış və …

Read More »