Cümə , 22 Noyabr 2024

Maliyyə

“TuranBank”ın dəstək olduğu növbəti “YAŞAT” idman düşərgəsinə start verilib

Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə iştirak edən “TuranBank” ASC bu ənənəyə sadiq qalaraq “YAŞAT” Fondunun təşkilatçılığı, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərib. 30 mart – 2 aprel tarixlərində Tovuz şəhərində baş tutacaq düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi …

Read More »

“Bakı Fond Birjası”nda qeyri-ticarət saatları müəyyən edilib

“Bakı Fond Birjası” QSC-də yeni ticarət sisteminə keçidlə əlaqədar qeyri-ticarət saatları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, qeyri-ticarət saatları sabah günün ikinci yarısında – saat 13:00-dan qüvvədə olacaq. Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” …

Read More »

“Şahdağ Turizm Mərkəzi” auditor seçir

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Boyukmillet.com xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. İddiaçılar təkliflərini aprelin 12-si, saat 17:00-a qədər səhmdar cəmiyyətinə (Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri) təqdim edə bilərlər. Təkliflərə aprelin 13-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Read More »

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb. “Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı …

Read More »

Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Xatırladaq ki, fevralın 1-dən Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,25 %-dən 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,25 %-dən 9,5 %-ə çatdırılıb.

Read More »

“Yelo Bank” “Microfinance Centre”yə üzv olan ilk Azərbaycan bankı oldu

“Yelo Bank” ASC beynəlxalq əməkdaşlıq çərçivəsində “The Microfinance Centre”yə (MFC) üzv seçilib. Qeyd edilir ki, “Yelo Bank” MFC-yə seçilən ilk Azərbaycan bankıdır. Bu əməkdaşlıqda əsas məqsəd maliyyə xidmətlərinin inkişaf etdirilməsində beynəlxalq təcrübədən faydalanmaq və müasir standartları tətbiq etməkdir. “The Microfinance Centre” ədalətli, inklüziv, bərabər və məsuliyyətli xidməti təşviq edən beynəlxalq sosial-maliyyə şəbəkəsidir. MFC Avropa və Mərkəzi Asiyanın 36 ölkəsində 100-dən çox təşkilatı birləşdirir. …

Read More »

ABŞ və Avropadakı bank böhranları Azərbaycan banklarına təsir göstərəcəkmi?

Təxminən 2 həftədir ki, dünyanın diqqəti ABŞ və Avropadakı bank böhranlarına yönəlib. Qlobal maliyyə sektoru ABŞ-ın “Silicon Valley Bank” və “Signature Bank”ının müflis olmasından 465 milyard dollar itirib. Həmin bankların təsiri ilə İsveçrənin aparıcı bankı – “Credit Suisse”in maliyyə vəziyyəti pisləşib və kredit təşkilatı ölkənin ən böyük bankı UBS-ə satılıb. Bəs bu bank böhranları Azərbaycan banklarına təsir edəcəkmi? “Report” bununla bağlı maliyyə ekspertlərinin …

Read More »

Akşın Cahangirov: “Azərbaycanda əmanətlərin sığortalı hissəsi beynəlxalq tələbdən iki dəfə çoxdur”

Azərbaycanda sığortalı əmanətlərin ümumi əmanət portfelində payı beynəlxalq təhlükəsizlik tələbini iki dəfə üstələyir. Bu barədə “Report”a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib. “Beynəlxalq təcrübədə fiziki şəxslərin ümumi əmanətlərinin 20 %-nin tam sığortalı olması təhlükəsizlik baxımından ideal limit sayılır. Azərbaycanda bu rəqəm 41,2 %-dir. Hazırda Azərbaycan banklarında 10,1 milyard manata yaxın qorunan əmanət yerləşdirilib. Onun 64,5 %-i manatla, qalan hissəsi isə xarici valyuta ilə …

Read More »

İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb

İsveçrə Milli Bankı (ölkənin mərkəzi bankıdır) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 1 %-dən 1,5 %-ə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu addım inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində atılıb, sayca 4-cü faiz artımıdır. Hazırda İsveçrədə uçot dərəcəsi 2008-ci ildən bəri ən yüksək həddədir.

Read More »

Qızıl cüzi bahalaşıb

Qızılın qiyməti bir qədər yüksələrək bir unsiyası 1 980 ABŞ dollarını ötüb. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,4 % və ya 7,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 981,3 ABŞ dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,05 % artaraq 1 unsiyası 22,473 ABŞ dolları təşkil edib. Bank sektoru ilə bağlı naharatlıqların səbəb olduğu volatilllik ötən həftə qızılın qiymətinə dəstək verib. Martın əvvəlində ABŞ-da bir neçə bankın bağlanması ölkənin bank sektoruna …

Read More »