Şənbə , 18 Yanvar 2025

Maliyyə

ABŞ və Avropadakı bank böhranları Azərbaycan banklarına təsir göstərəcəkmi?

Təxminən 2 həftədir ki, dünyanın diqqəti ABŞ və Avropadakı bank böhranlarına yönəlib. Qlobal maliyyə sektoru ABŞ-ın “Silicon Valley Bank” və “Signature Bank”ının müflis olmasından 465 milyard dollar itirib. Həmin bankların təsiri ilə İsveçrənin aparıcı bankı – “Credit Suisse”in maliyyə vəziyyəti pisləşib və kredit təşkilatı ölkənin ən böyük bankı UBS-ə satılıb. Bəs bu bank böhranları Azərbaycan banklarına təsir edəcəkmi? “Report” bununla bağlı maliyyə ekspertlərinin …

Read More »

Akşın Cahangirov: “Azərbaycanda əmanətlərin sığortalı hissəsi beynəlxalq tələbdən iki dəfə çoxdur”

Azərbaycanda sığortalı əmanətlərin ümumi əmanət portfelində payı beynəlxalq təhlükəsizlik tələbini iki dəfə üstələyir. Bu barədə “Report”a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib. “Beynəlxalq təcrübədə fiziki şəxslərin ümumi əmanətlərinin 20 %-nin tam sığortalı olması təhlükəsizlik baxımından ideal limit sayılır. Azərbaycanda bu rəqəm 41,2 %-dir. Hazırda Azərbaycan banklarında 10,1 milyard manata yaxın qorunan əmanət yerləşdirilib. Onun 64,5 %-i manatla, qalan hissəsi isə xarici valyuta ilə …

Read More »

İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb

İsveçrə Milli Bankı (ölkənin mərkəzi bankıdır) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 1 %-dən 1,5 %-ə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu addım inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində atılıb, sayca 4-cü faiz artımıdır. Hazırda İsveçrədə uçot dərəcəsi 2008-ci ildən bəri ən yüksək həddədir.

Read More »

Qızıl cüzi bahalaşıb

Qızılın qiyməti bir qədər yüksələrək bir unsiyası 1 980 ABŞ dollarını ötüb. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,4 % və ya 7,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 981,3 ABŞ dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,05 % artaraq 1 unsiyası 22,473 ABŞ dolları təşkil edib. Bank sektoru ilə bağlı naharatlıqların səbəb olduğu volatilllik ötən həftə qızılın qiymətinə dəstək verib. Martın əvvəlində ABŞ-da bir neçə bankın bağlanması ölkənin bank sektoruna …

Read More »

Türkiyəyə zəlzələ nəticəsində dəymiş ziyan 105 milyard dolları ötüb

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində bu ölkəyə dəymiş ziyan 105 milyard ABŞ dollarını ötüb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb. Məlumata görə, Kahramanmaraş və Hatayda qeydə alınan zəlzələ nəticəsində ümumi zərər 1999-cu ildə Mərmərə dənizi bölgəsində baş vermiş zəlzələnin zərəri ilə müqayisədə 6 dəfə çoxdur. “Əsrin təbii fəlakəti”nin vurduğu ziyan təxminən 2 trilyon türk lirəsi, …

Read More »

Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına (MŞ) yeni sədr və sədr müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, bunlar, Azərbaycan Mərkəzi Bankının (AMB) Daxili audit departamentinin direktoru Elçin Əlizadə (sədr) və Kapital bazarı fəaliyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimovadır (sədr müavini). Onlar MDM-in rəhbərliyində müvafiq olaraq AMB-nin Baş direktoru Əli Əhmədovu və Kapital Bazarlarına Nəzarət Siyasəti və …

Read More »

ASCO əməkdaşlarının maaşları 15 % artırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb. Əmrə əsasən, əmək haqqı artımı aprelin 1-dən tətbiq olunacaq, həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək. Xatırladaq ki, ötən il də fevral 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.

Read More »

ABŞ-ın ən böyük banklarından biri müflis olub

ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank “Silicon Valley Bank” (SVB) müflis olub. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) məlumatında deyilir. “Silicon Valley Bank”dan bütün sığortalanmış əmanətlər “Santa Clara” Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb və əmanətçilərin 13 mart bazar ertəsi günündən gec olmayaraq əmanətlərinə çıxış əldə etməsi gözlənilir. ABŞ-ın …

Read More »

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.03.2023)

Son qiymətƏvvəlki gününqapanışı ilə fərqİlin əvvəli ilə fərqƏmtəəNeftBrent (dollar/barel)86,400,572,94Neft WTI (dollar/barel)80,670,992,27Qızıl (dollar/unsiya)1 852,60– 2,0022,50İndekslərDow-Jones33 431,4440,47284,19S&P 5004 048,422,78208,92Nasdaq11 675,74– 13,271 209,26Nikkei28 359,58432,112 265,08Dax15 653,5875,191 729,99FTSE 1007 929,79– 17,32478,05CAC 40 INDEX7 373,2125,09899,45ShanghaiComposite3 327,35– 1,04238,09BIST 1005 392,31179,93– 116,85RTS958,2612,8516,91ValyutaUSD/EUR1,06910,01000,0000GBP/USD1,20440,0000– 0,0100USD/JPY136,02000,15004,9000USD/RUB75,4062– 0,24001,6600USD/TRY18,90380,10000,2100USD/CNY6,93660,03000,0500

Read More »

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni üzv seçilib

“Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əmiraslan oğlu Əliyev İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasına üzv seçilib. Boyukmillet.com xəbər verir ki, o, Büronun rəhbərliyində bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş “Atəşgah Sığorta” ASC-nin İH-nin keçmiş …

Read More »