Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-ə çatdırılması barədə qərar qəbul edib. Boyukmillet.com AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 %, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 % səviyyəsində müəyyən olunub. “Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, – AMB-nin bəyznatında deyilir. Mərkəzi …
Read More »Prezident İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb
Prezident İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir. HMS terrorçuluğa …
Read More »Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılır
Fevralın 1-də saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-də, saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə İpoteka, Kredit və Zəmanət Fondu məlumat yayıb. Məlumata görə, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb. İpoteka kreditlərinin verilməsi şərtləri …
Read More »Maliyyə Nazirliyi ötən il 226 milyon manat artıq və əsassız ödəniş aşkar edib
2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 185 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 225 710 min manat artıq və əsassız ödənişlər aşkar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, həmin vəsaitin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər …
Read More »Azərbaycanda 4 regional xəzinədarlıq idarəsi ləğv olunub
2022-ci ildə Maliyyə Nazirliyi idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində regionlardakı xəzinədarlıq idarələrinin sayını 16-dan 12-yə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. “Dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələri yenidən təşkil edilib”, – deyə o qeyd edib.
Read More »Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb
Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan kollegiyanın sədri qeyd edib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün …
Read More »EBRD 2022-ci ildə Azərbaycana yatırdığı investisiyaları açıqlayıb
Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 9 layihəyə 86 milyon avro sərmayə qoyub. Boyukmillet.com xəbər verir ki, bu investisiyaların əksər hissəsi özəl sektora, yəni 71 %-i ölkənin “yaşıl” iqtisadiyyatına və bərpa olunan enerji və dayanıqlı infrastrukturdan tutmuş telekommunikasiya, media və texnologiyaya (TMT) qədər müxtəlif sektorlara olub. 2022-ci il ərzində EBRD Azərbaycanın enerji mənbələrini şaxələndirmək məqsədinə əhəmiyyətli töhfə verib. İnvestisiyalar baxımından bank ölkənin ilk …
Read More »Azərbaycan vətəndaşlarına 400 milyon manata yaxın ƏDV məbləği ödənilib
Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonuna qədər istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, bunun 190 milyon manatdan çox hissəsi 2022-ci ilin payına düşüb ki, bu da 2021-ci illə müqüayisədə 36,9% çoxdur. Ötən il nağdsız qaydada …
Read More »Azərbaycan “McKinsey & Company” ilə investisiya mühitinin təkmilləşdirilməsini müzakirə edib
Azərbaycan və “McKinsey & Company” şirkəti arasında investisiya mühitinin təkmilləşdirilməsi müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb. “Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “McKinsey & Company” şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, iqtisadi imkanlar, ölkəmizin biznes dairələri ilə şirkət arasında əlaqələr və …
Read More »Hesablama Palatasının builki xərclər smetası açıqlanıb
2023-cü il üzrə Hesablama Palatası Aparatının (qurumun Naxçıvan MR üzrə idarəsi istisna olmaqla) xərclər smetası 10 625 965 manat olacaq. Boyukmillet.com xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 5,4 % çoxdur. Builki vəsaitin 9 565 676 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə ötən ilə nisbətən 4,5 % çoxdur.
Read More »