Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 …
Read More »“Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara edilmiş dəyişiklikləri təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra Azərbaycanda özəl tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər, ümumi məbləği 3 min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı pul ödənişləri …
Read More »Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib
Elman Sirac oğlu Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, E.Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən …
Read More »Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir
Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin növbəti birgə iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib. Toplantıda maliyyə, iqtisadiyyat, əmək və sosial müdafiə nazirlərinin müavinləri və digər qurumların nümayəndələri iştirak edirlər. İclasda aşağıdakı məsələlər müzakirə olunur: – “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi …
Read More »Ermənistan BSTDB-in Bakıda keçirilən toplantısında iştirak etmir
Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) 24-cü İllik Toplantısında Ermənistan tərəfi iştirak etmir. Boyukmillet.com xəbər verir ki, Bankın 11 üzvündən biri – Ermənistan Bakıda keçirilən toplantıya qatılmayıb. Qeyd edək ki, iki gün davam edəcək və bu gündən başlayan İllik Toplantıda BSTDB-yə üzv dövlətlərin – Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər. …
Read More »Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 1 650-yə çatıb
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 479 borcalana 2 milyard 206,323 milyon manat kredit verib. Boyukmillet.com xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 302,383 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 650 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. Xatırladaq ki, Fond 2017-ci ilin sonunda …
Read More »Azərbaycan müdafiə xərclərini artırır
Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur. Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 …
Read More »Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı imkanları müzakirə edilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının (KOB Korporasiyası) baş direktoru Aleksandr İsaeviç ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində keçirilən 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub. Görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, sahibkarlara xidmət sahəsində …
Read More »Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim edilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan ictimai inamın …
Read More »“Bank Respublika” Naxçıvanda müasir konseptdə yeni filialını açdı
Aktivlərinin həcminə görə ölkənin ilk 5 bankından biri olan “Bank Respublika” ASC, yaranmasının 30-cu ildönümündə Naxçıvan şəhərində yeni filialının təntənəli açılışını edib. Tədbirdə iştirak edən Bankın rəhbərliyi rəmzi qırmızı lenti kəsərək müasir konseptdə olan yeni filialı müştərilərin istifadəsinə verib. Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb. Açılışda iştirak edən Azərbaycan Mərkəzi Bankı …
Read More »