İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Məlumata görə, vurulan raketin parçaları Qaziantepdə boş əraziyə düşüb. Hadisədə nəticəsində zərər çəkən olmayıb. Türkiyə Milli …
Read More »Yaxın Şərq OD içində: Azərbaycana TƏXLİYƏ olunanların sayı AÇIQLANDI
50-dən çox ölkə İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycana müraciət edib. Prosedura uyğun olaraq, təxliyə cəmi bir neçə saata həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu martın 6-da xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir deyib ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Bəhreyndən təxminən 1000 müraciət daxil olub: “Səudiyyə Ərəbistanı və Ciddədən martın 4-də xüsusi reyslə 209 nəfər təxliyə …
Read More »SON DƏQİQƏ: İrandakı səfirliyimiz təxliyə olunur
Naxçıvana hücumla bağlı dövlət başçısı müvafiq tapşırıqlar verib, diplomatik addımlar da atılıb. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir təhlükəsizlik tədbirləri barədə danışarkən qeyd edib ki, hərbi hazırlıq yüksək səviyyəyə gətirilib: “Əlavə təhlükəsizlik tədbirləri ilə bağlı deyə bilərəm ki, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tapşırıqlar …
Read More »ABŞ Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib
ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat yer alıb. Tövsiyə İranın Naxçıvana dron hücumundan sonra verilib. Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və adi konsulluq xidmətləri davam edir. ABŞ vətəndaşlarına isə vəziyyətlə bağlı yerli məlumatları izləmək, izdihamlı yerlərdən və nümayişlərdən …
Read More »İranın Naxçıvanda mülki infrastruktura dronla hücumu ilə bağlı cinayət işi başlanıb
İranın Naxçıvanda mülki infrastruktura dronla hücumu ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. İlkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz …
Read More »ABŞ Dövlət Departamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı görüş keçiriləcək
Martın 2-də ABŞ Dövlət Departamentində Azərbaycan səfiri ilə insan haqları mövzusunda görüş keçiriləcək. Məlumata görə, ABŞ dövlət katibi Marko Rubionun demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ilə görüşəcək. ABŞ-də Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Vaşinqtondan Bakıya insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı açıq çağırışlar səslənməyib. Ötən ay vitse-prezident Cey …
Read More »Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. Boyukmillet.com xatırladır ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatçılığa və soydaşlarımız əleyhinə …
Read More »Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Boyukmillet.com xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 51 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi …
Read More »Bu gün AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümüdür
“Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür. Boyukmillet.com xatırladır ki, təyyarə yerli vaxtla saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb. İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində …
Read More »İran yenə Nizami Gəncəvini “özününküləşdirdi”
Dahi şairlə bağlı həqiqəti bilərəkdən təhrif etmək mədəni irsimizə qarşı yönəlmiş ideoloji kampaniyanın tərkib hissəsidir İran tərəfinin təşəbbüsü ilə İrəvandakı qədim Azərbaycan mədəni irsi olan Göy məsciddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında hazırlanmış “Xosrov” tamaşasının nümayişi yeni narazılıq dalğası doğurub. Erməni və fars dillərində səhnələşdirilən tamaşa İranın “Təndis” İncəsənət Qrupu tərəfindən təşkil olunub və İCRO-nun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar