“Sünikdə – (Zəngəzur – red.) 1000-dən çox Azərbaycan hərbçisi var. Aşağı dərə istiqamətində onların sayı daha çoxdur”. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Zəngəzur (Sünik) vilayətinin keçmiş meri Vahe Hakobyan deyib. Keçmiş mer bildirib ki, Azərbaycan hərbçiləri əvvəlki mövqelərindən nə irəli gedirlər, nə də geri çəkilirlər: “Qaragölün ətrafında 1000-ə qədər Azərbaycan hərbçisi möhkəmlənmiş vəziyyətdədir. Hökumət Zəngəzura nəzarəti itirib. …
Read More »Tahir Salahovun cənazəsi Bakıya gətirilib
Almaniyada vəfat edən Xalq rəssamı Tahir Salahovun cənazəsi Bakıya gətirilib. Bunu Xalq rəssamının bacısı Zərif Salahova deyib. O, qardaşının nəşinin “Təzə Pir” məscidinə aparıldığını və sabah birinci Fəxri Xiyabanda dəfn olunacağını bildirilib/APA.
Read More »Mehriban Əliyeva xalq rəssamı Tahir Salahovla bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində xalq rəssamı Tahir Salahovla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Tahir Salahov təmizürəkli, səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir …
Read More »Prezident İlham Əliyev: “Ermənilər yalnız keçmişdən danışır, biz isə gələcək haqqında düşünürük”
Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Bir çox hallarda bu keçmişlə oyun oynayır, siyasi məqsədlər üçün istifadə edir, siyasi divident qazanmaq üçün özlərini təcavüz qurbanı kimi göstərməyə çalışırlar. Əslində, onlar əksər hallarda sıfırdan yaratdıqları tarixdən sui-istifadə edirlər. Bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional …
Read More »Azərbaycanda kommunal sektorla bağlı qanunvericiliyə dəyişiklik edilib
Prezident İlham Əliyev “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra enerji təchizatı, su təchizatı və kanalizasiya müəssisələrinin, eləcə də qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin …
Read More »İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə Məcəlləyə yeni 445-1.7-ci maddəsi əlavə edilir. Yeni maddəyə əsasən, satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş …
Read More »Vətən müharibəsi qəhrəmanlarının mənzilləri, əşyaları tarixi abidə hesab ediləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Read More »Şuşanın özəlliyi, Xarıbülbülün gözəlliyi
Bəlkədə fərq etməz bir əcnəbi üçün Şuşa dünya xəritəsində olan şəhərlərdən adi birisi, Azərbaycana, Qarabağ bölgəsinə aid olan yaşayış məntəqələrindən biri kimi qəbul edilsədə, bizim üçün Şuşa müstəsna əhəmiyyətli və müqəddəs olmaqla yanaşı və sözün əsl mənasında özəldir. Özəl Şuşa 6 il bundan əvvəl rəhbərlik etdiyim QHT-nın xətti ilə 30-dan artıq xarici ölkədən olan tərəfdaş həmkarlarımızla “Şuşaya Azadlıq” beynəlxalq ictimai …
Read More »Mehriban Əliyeva paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar …
Read More »Naxçıvan Ali Məhkəməsinə hakimlər təyin olunub
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Sənədə əsasən, aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb: 1. Allahverdiyev Əli Kərim oğlu 2. Kuimova Vera Gennadiyevna 3. Qurbanov Yusifəli Süleyman oğlu Məsələ müzakirələrdən …
Read More »